Rasim Məmmədovun “oxrana”sının rəisi Şahin Mahmudov nə üçün istintaqa cəlb olunmur ?- O, həm də Dövlət Miqrasiya Xidmətinin əməkdaşıdır

11-04-2021, 23:51           
Rasim Məmmədovun “oxrana”sının rəisi Şahin Mahmudov nə üçün istintaqa cəlb olunmur ?-
Məlumdur ki, “Baku Steel Company” şirkətinin rəhbəri, ölkədə “metal monopolisti” kimi ad çıxarmış Rasim Məmmədovun barəsində Səbail Rayon Məhkəməsinin qərarına əsasən 4 ay həbs qəti imkan tədbiri seçilib.
Qeyd edək ki, Rasim Məmmədov barəsində Cinayət Məcəlləsinin 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 178.4-cü (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.4-cü (Mənimsəmə, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Maraqlıdır ki, uzun müddət Rasim Məmmədovun şəxsi mühafizəsinin rəisi olmuş, onun “qara əməllərinə” dəstək verən və milyonlar qazanan Şahin Qaçay oğlu Mahmudov nə üçün istintaqa cəlb olunmur?
Yeri gəlmişkən, Şahin Mahmudov Dövlət Miqrasiya Xidmətinin əməkdaşıdır.
P.S. Məsələ ilə bağlı araşdırmamız davam edir. Növbəti yazıda Kənan Quliyevə verilən 139 min manatın mənbəyini müəyyən etməyə çalışacağıq.
gundelik bakı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru