Anar Quliyevin komitəsi çinar ağaclarını tikintiyə qurban verir – Fotolar

29-04-2021, 00:06           
Anar Quliyevin komitəsi çinar ağaclarını tikintiyə qurban verir – Fotolar
Bakı şəhəri son illərdə elə eybəcər günə salınıb ki, Baba Pünhanın “Bakının dərdi var, Bakı xəstədir” sözləri də əhəmiyyətini itirib.

Çünki Bakının xəstə deyil, onu bu günə qoyanların xəstə təfəkkürü şəhərin görünüşünü bərbad edib: satılan səkilər, bina inşası üçün nəzərdə tutulmayan yerlərdə tikilən göydələnlər, uşaq meydançalarının, yaşıllıqların məhv edilərək yerində ucaldılan binalar… Nəticədə Bakıda nə yol qalıb, nə parklanma yerləri, paytaxta beş dəqiqə yağış düşəndə də axıntı yerləri qalmadığı, yaşıllıqlar kəsildiyi üçün hər yer gölməçəyə çevrilir. OperativXeber.Az bildirir ki, bütün bu yöndəmsiz mənzərənin, harada gəldi tikintilərin həyata keçirilməsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin az günahı yoxdur.

Komitənin tikintilərə verdiyi icazələrin nəticəsidir ki, binalar arasında ara məsafələr normativə uyğun gözlənilmir, tıxaclar yaradan ərazilərdə inşa işləri aparılır.

Komitənin sədrliyinə Anar Quliyevin gətirilməsindən sonra da ciddi dəyişikliklər olmayıb. Belə ki, şəhərin arxitekturasına xələl gətirən, yanğınsöndürənlərin girə bilmədiyi yerlərdə tikintilər davam edir.

Bu günlərdə şəhərin Binəqədi ərazisində isə çoxillik çinar ağacları tikinti layihəsinə qurban verilir. Əməkdaşımızın verdiyi məlumata görə, tikinti firmalarından biri Binəqədi böyük bir ərazini hasarlayıb, şumlayıb, çoxillik çinar ağacları da öz növbəsini gözləyir.

Bu tikintiyə icazə verən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi çinar ağaclarını nəzərə almadan öz merkantil maraqlarına qurban verir. Komitənin razılığı olmadan əsla həmin yerdə tikinti işləri aparıla bilməz. Amma A.Quliyevin sədrlik etdiyi qurum fikirləşmir ki, nadir çinar ağaclarının taleyi necə olacaq.

Fotolardan da göründüyü kimi tikinti şirkəti müəyyən işlər aparıb. Amma ağacları kəsmək məcburiyyətindədir. Bu yeri tikinti üçün ayıran komitə ilə şirkətin arasında hansı sövdələşmə olub ki, təbiətin ağciyərləri kəsilir…

Fotoları təqdim edirik















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.