Xaçmazda polis rəisinin müavini Vüqar Orucovla rayon məhkəməsinin hakimi Sərxan Səmədzadənin “işbirliyi”- Nivelir oğurlayanlardan 6 min rüşvəti kim alıb ?

11-05-2021, 06:01           
Xaçmazda polis rəisinin müavini Vüqar Orucovla rayon məhkəməsinin hakimi Sərxan Səmədzadənin “işbirliyi”-
Rəis müavini gundelik-baku.com-a nə söylədi ?
Son illər hüquq-mühafizə sistemində, o cümlədən, daxili işlər orqanlarında ciddi islahatlar aparılır, korrupsiya və rüşvətxorluğun qarşısının alınması üçün sözün həqiqi mənasında mühüm addımlar atılır.
Bu mühüm işlərin görülməsində cənab Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun xidmətləri çox böyükdür.
Amma çox təəssüf ki, hələ də elə polis zabitləri və əməkdaşları var ki, bu mühüm işlərə kölgə salır.
Konkret olaraq Xaçmaz Rayon Polis Şöbəsində baş verən neqativ hala nəzər salaq.
Belə ki, 3 ay əvvəl rayonda Xəyyam Heydərli də daxil olmaqla 3 nəfərin iştirakı ilə oğurluq hadisəsi baş verib.
Xəyyam Heydərlinin atası Vəlixan kişinin dediyinə görə, 3 “dost“ birlikdə Nivelir ( yer səthini ölçən ) cihazını oğurlayıblar.
Vəlixan kişinin gundelik-baku.com-a dediyinə görə, Xaçmaz RPŞ-nin mayoru Firudin 3 “dostun” hər birindən 5 min manat rüşvət alıb ki, sizin məsələnizi həll edəcəm. Mayor Firudin bildirib ki, əlavə olaraq 2 min manat da verməlisiniz.
Xəyyam Heydərlinin atası Vəlixan kişinin dediyinə görə, sonradan mayor Firudinə əlavə 1000 manat da verdik.
Baş verən prosesdə RPŞ-nin təhqiqatçısı Hafiz də iştirak edib.
Baş verənlərlə bağlı gundelik-baku.com saytı Xaçmaz RPŞ ilə telefon əlaqəsi saxlayıb. Bizim telefon danışığımızdan sonra Vəlixan kişiyə zəng ediblər ki, gəl, verdiyin pulu geri götür.
Sonra Xaçmaz RPŞ-nin rəis müavini Vüqar Orucov gundelik-baku.com-un mobil telefonuna zəng edərək bildirib ki, gəlin, bir çayımızı için, elə şeylərə fikir verməyin.
Mayor Firudinin qarşı tərəfə bildirdiyinə görə, məsələni Xaçmaz rayon Məhkəməsinin hakimi Səmədzadə Sərxan Akif oğlu ilə həll etməli imiş.
Bütün bunları nəzərə alaraq rəis müavini Vüqar Orucova, mayor Firudinə və təhqiqatçı Hafizə üz tutaraq deyirik ki, sizə göstərilən etimadı doğrultmursunuz. Və üstəlik, daxili işlər orqanlarının və öz zəhməti, bacarığı, istedadı ilə nazir vəzifəsinə qədər yüksəlmiş general-polkovnik Vilayət Eyvazovun da müsbət imicinə kölgə salırsınız.
Rəhmətlik Ulu Öndərimiz həmişə belə məqamda sizin kimilərə üz tutub deyərdi ki, heç utanmırsınız...
Yəqin ki, yaxın zamanda polislə məhkəmə hakiminin işbirliyinə aydınlıq gələcək.
Bizi izləyin.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.