AAYDA-nın sehirli "LAPATKA"sı: Yola ayrılan pullar CİBƏ NECƏ GEDİR? - VİDEO

11-05-2021, 00:08           
AAYDA-nın sehirli "LAPATKA"sı:
Uzun illərdir Sabirabadın "Kürqırağı” adlanan yolu, bərbad vəziyyətdədir. Xüsusən qış aylarında maşınların hərəkəti mümkünsüz olur. Səbəb isə illərdir bu yolun təmir olunmamasıdır. Yaranan çuxurlar, nahamar yol xətti həm rayon sakinlərini, həm də bu yolla yükdaşımağa məcbur olan digər vətəndaşları çox narahat edir. Şirvan magistralının tabeliyində olan kəndlərin yolu vaxtilə əsaslı təmir olunsa da, qalan hissəsi, təxminən 40 km-i yararsız vəziyyətdədir.
Azadinfo.az yolla bağlı problemi işıqlandırdıqdan sonra AAYDA yolu "təmir" etməyə başlayıb.
Sakinlərin göndərdiyi videodan görünür ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əsaslı təmir etmək əvəzinə, bir neçə əməkdaşının əlinə "lapatka" verib, çuxurları doldurtdurur.
Sakinlər saytımıza açıqlamasında əsaslı təmirə ehtiyyacı olan yolun normal istifadəsi üçün bunun çıxış yolu olmadığını bildiriblər:
"Bizim istəyimiz yolun əsaslı təmiridir. Bu yol lapatka ilə təmir olunası deyil. Bir neçə il əvvəl də belə etmişdilər, 5-6 ay keçmədən əvvəlki vəziyyətinə qayıtdı. İkinci Qarabağ savaşında bu yolun üstündə olan kəndlərdən 10-lara şəhid oldu. Şəhidlərimizin dəfni zamanı bu yola görə çox əziyyət çəkdik. Ölkə başçısı cənab İlham Əliyevə müraciət edirik, xahiş edirik yolumuzu əsaslı təmir etsinlər. Yoxsa, bunlar yenə yalandan çuxurları doldurub gedəcək, biz yenə əziyyət çəkəcəyik".













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru