Həbs olunan icra başçılarının sayı 10 olacaq... - Bu icra başçılarının da həbsi gözlənilir

11-05-2021, 18:03           
Həbs olunan icra başçılarının sayı 10 olacaq... -
Heç kimə sirr deyil ki, ölkədə heç nə əvvəlki kimi deyil. Heç bir məmurun toxunulmazlıq statusu yoxdur. Kimliyindən, vəzifəsindən, arxasında hansı gücün olmasından və rütbəsindən asılı olmayaraq hər bir məmur qanunsuz əməlinə görə qanun qarşısında cavab verir. Artıq at oynadan, ölkəni və xalqı çapıb talayan məmurların, necə deyərlər, o babalar ölüb. Bunu son 1 ildə ölkədə həbs olunan icra başçılarının və ayrı-ayrı vəzifəli şəxslərin həbsindən də aydın şəkildə sezmək mûmkündür.
Məlumdur ki, bu günləri həbs olunan icra başçıları vaxt var idi ki, özlərini başçılıq etdiyi rayonların padşahı sayırdılar. Xalqın malına göz tikib, əlində ovcunda nə varsa hamısını qamarlayıb alırdılar. Sahibkarlara zülm edir, onların fəaliyyətinə sûni əngəllər yaradırdılar. Bir azda qabğa gedib haqqını tələb edən vətəndaşları şərləyib həbs etdirirdilər. Ancaq indi onların özləri həbs olunublar. Özüdə onlar DTX -nin məhkumlarıdır.
Bu günlərdə dövlətin milyonlarla vəsaitini mənimsəkdə adı keçən iki icra başçısının da yaxın günlərdə həbs olunacaqları gözlənilir. Onlardan biri Füzulinin icra başçısı, adı bir çox korrupsiya cinayətlərində hallanan Alı Alıyev, digəri isə Tərtərin icra başçısı Müstəqim Məmmədovdur.
İddialara gõrə adı çəkilən hər iki rayonun icra başçıları ilə bağlı ölkənin hüquq mühafizə və xûsusi xidmət orqanlarına olunan şikayətlərin sayı ciddi şəkildə artmaqdadır.
/xeberci.org/facebook.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.