Şəhid ailələri və əlillər onlara verilən mənzillərin keyfiyyətsiz olduğunu deyirlər - VİDEO

15-05-2021, 00:17           
Şəhid ailələri və əlillər onlara verilən mənzillərin keyfiyyətsiz olduğunu deyirlər - VİDEO
Ağdaşda bir qrup Qarabağ müharibəsi qazisi və şəhid ailəsi dövlət tərəfindən onlara verilən mənzillərdən istifadə edə bilmirlər. Səbəb isə evlərin keyfiyyətsiz tikilməsidir. Dövlət tərəfindən tikintisi üçün maliyyə ayrılan mənzillər podraçı şirkətin məsuliyyətsiz yanaşması nəticəsində tam hazır deyil. Buna görə də mənzil sahibləri evlərinə köçə bilmirlər.


Ağdaş rayon, Nehrəxəlil kənd sakini Baxşəli Səfərov minlərlə mənzil verilən şəhid atasından biridir.

Rayonda şəhid ailələrinə və Qarabağ qazilərinə yeni evlərin tikintisinə 2020-ci ilin sentyabrında başlanılıb. Pirəyir kəndi ərazisində ayrılan torpaq sahəsində 8 mənzilin tikintisi aparılıb. Sakinlərin sözlərinə görə, payız və qış ayalarında tələsik tikilən evlər ötən il dekabr ayının 29-da sahiblərinə verilib.

Qaydalara uyğun olaraq şəhid ailələri və qazilərə verilən mənzillərin daxili tam təmir olunmalı, yaşayış üçün komunal şəraitlə təmin edilməlidir. Ancaq evlərin podraçı şirkət tərəfindən tələsik və qış aylarında təmir edilməsi səbəbindən otaqların divarları kifləyib, divar kağızları yararsız hala düşüb.

Qeyd edək ki, mənzillər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında podratçı şirkət tərəfindən tikilir.

Şirkətin Elçin adlı nümayəndəsi "Xəzər Xəbər"ə bildirdi ki, həmin ailələrə verən mənzillərdəki vəziyyətdən xəbərdardırlar. Onun fikrincə, yaşayış olmadığı üçün mənzillər həmin vəziyyətə düşüb.

Teref.az xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.