"UNİNET" Yardımlıda özbaşınalıq edir? - Şikayət

18-05-2021, 22:56           
"UNİNET" Yardımlıda özbaşınalıq edir? - Şikayət
Yardımlı sakinləri "Uninet" internet provayderindən şikayətçidir.
"Demokratik.Az"-a daxil olan məlumata görə, rayon sakinləri Azərbaycanın hüquq-mühafizə orqanlarına, insan hüquqlarını qorumalı olan hüquq müdafiəçilərinə səsləniblər. Bildiriblər ki, bu gün Yardımlı rayonunda UNUNET İnternet provayderi adlı bir şirkət internet istifadəçilərinə, sadə vətəndaşlara zülm verməklə məşğuldur. Vətəndaşların pulu yeyilir, internet verilmir, müraciət də edirsən, heç dinləyən belə yoxdur.
Şikayətçilər hesab edirlər ki, belə fırıldaqçı provayderlərə cəmiyyətimizdə yer olmamalıdır!
Sakinlər bildirib ki, adıçəkilən şirkətin https://www.facebook.com/UninetStream adlı facebook səhifəsindəki loqolarında "Delixana və Durdom AZ1000 Baku" yazılıb. Elə təkcə bu fakt dövlətin qanunlarını, vətəndaşları barmağa dolamaqdan başqa bir şey deyil.
Yardımlı sakinləri inanırlar ki, "UNİNET" İnternet provayderinin Yardımlı rayonunda heç bir əndazəyə sığışmayan qanunazidd əməllərinə son qoyulacaq, aidiyyatı qurumlar vətəndaşların pozulmuş hüquqlarını bərpa edəcəklər.
Qarşı tərəflə əlaqə yaratmaq cəhdlərimiz alınmadı...
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru