“Kommunist” nəşriyyatını kimlər işğal edib?- “Zastavada doğulan”lar və Qaragilə Əli Həsənov...

20-05-2021, 09:38           
“Kommunist” nəşriyyatını kimlər işğal edib?-
Keçmiş “Kommunist”, indiki Azərbaycan nəşriyyatı deyəndə yada çox adlar gəlir.
Əlbəttə, öncə sovet dönəmində bu bina Mərkəzi Komitənin tabeçiliyində idi və dövlətin ideoloji “antenası” idi.
Sonradan, yəni müstəqillik dönəmində bu bina Prezident Aparatının İşlər İdarəsinin müdiri Akif Muradverdiyevin “antenası”na çevrildi.
Çünki Azərbaycan Nəşriyyatı İşlər İdarəsinin tabeçiliyində idi. Sonra dövlət çevrilişi məsələsi ilə bağlı sabiq səhiyyə naziri Əli İnsanov və Akif Muradverdiyev həbs olunanda, bu binaya prezidentin köməkçisi Əli Həsənov baxmalı oldu.
Əli Həsənov isə nəşriyyatın binasının bütün ixtiyarını verdi nəşriyyatın direktoru Ağabəy Əsgərova.

Ağabəy Əsgərov və Əli Həsənov “dueti “

Ağabəy Əsgərov haqqında ən doğru-dürüst sözü bir tədbirdə, hamının qarşısında tanınmış şəxslərdən biri deyib. Bunu sübut edə bilərik.
Həmin hörmətli şəxs deyib ki, O “zastavada doğulub”.
Bəli, Cəbrayılda, İranla sərhəd ərazidə, yaz vaxtı qönçə güllər açanda...
Yəni bunun adı Ağa, Bəy-filan ola bilər ee, amma məsləni bilənlər var axı.
Deyir kor atın kar nalbəndi olar. Bəli, zastavada dünyaya gələnin Əli Həsənov kimi dostu ola bilərdi.
Ən yaxın dostları Əli Həsənov haqqında, atası haqqında, doğmaları barəsində mətbuatda nələr deməyiblər. Biz sadəcə, bu sözləri təkrar yazmağı ayıb sayırıb, Qara gilə.
Qara giləni elə-belə demədik.
Qara gilə, Bakıda kvartirant qaldığın günlər yadındadırmı ?
Xatunça deyirdi ki, kaş Bakıda bizim də 1 otaqlı evimiz olardı...
Bu gün 1 otağı deyil ee, o boyda nəşriyyatı zəbt etmisən, Qaragilə.
Nəşriyyatın yerində göydələn tikmək istəyirdin ?
Özün üçün Beynəlxalq Mətbuat Mərkəzi inşa etmisən.
Ağabəylə həmən ərazidə neçə bina tikmisiniz ?
Amma o boyda binanın bir normal lifti yoxdur.
Binaya kənardan baxanda adam dəhşətə gəlir.
Axı, bir zamanlar bu bina bir dövlətin az qala məbədi idi.
Amma indi...
Ağabəy Əsgərovla Əli Həsənov bu binanı, məbədi qəhqəhəxanaya çevirib.
gundelik bakı
Teref.az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.