"Gömrüyündən keçim, necə olduğunu deyəcəm" - Bu sistem vətəndaşa daha nə qədər ziyan vuracaq?

25-05-2021, 18:22           
"Gömrüyündən keçim, necə olduğunu deyəcəm" -
Uzun illərdir Dövlət Gömrük Komitəsinin yarıtmaz fəaliyyəti ilə bağlı ölkə mətbuatında yazılanlara yalnız "yalandır", "bohtandır" cavabı verilib.

Azərbaycan müstəqil olandan Gömrüyün fəaliyyəti elə bir sistem üzərində qurulub ki, ən sərt islahatın apılmasına rəğmən problemlər, süründürməçilıik, korrupsiya və diğər qanunsuz faktorlar öz yerində sayır. Bütün bunların fonunda ölkənin gömrük imicinə vurulan zərbəni, dövlət büdcəsinə dəyən ziyanın əvəzini heç nə ilə ödəmək mümkün deyil.

Təsəvvür edin ki, Azərbaycanda böyük biznes şəbəkəsi qurmaq istəyən "X" adlı böyük şirkət ölkəmizlə maraqlanarkən, gömrük sistemi araşdırarkən nələrin şahidi olacağını hamımız əla bilirik.

Sabiq gömrük şefi Aydın Əliyevin, Bakı gömrüyünün sabiq rəhbəri Vüsal Novruzovun, hazırkı Gömrük Komitəsinin rəhbəri Səfər Mehdiyevlə bağlı o qədər problemlər yazılıb ki, adam nə deyəcəyini bilmir. Ən biabırçısı odur ki, sözügedən adamların əməlləri barədə təkcə mətbuat yazmayıb, dövlət qurumlarının rəhbərləri, millət vəkilləri də baş verənləri artıq Milli Məclisdə səsləndirirlər.

Ümumiyyətlə, Azərbaycan Gömrük sistemin formalaşması prosessi uzun illərdir layihələndirilir, maliyyə ayrılır. Bu sahənin sistemli monopoliyadan çıxarılması üçün mübarizə aparılır. Amma bütün işlər nədənsə müsbət nəticə vermir. Sədr dəyişir, sistem yenilənir, monopolistlər kənarlaşdırılır amma yenə problemlər qalır. Deməli bu sistemdə problemlərin həlli islahatlarda, yeni sistemlərin qurulmasında deyil, bu problemlər süni olaraq, bilərəkdən yaradılır. Kim yaradır sualının da cavabı otadadır.

Azərbaycan inkişaf etməkdə olan dövlətlər sırasından çıxaraq, inkişaf edən dövlətlər siyahısına qoşulma mərhələsindədir. Ölkəmizin əsas problemlərindən biri olan Dağlıq Qarabağ münaqişəsi artıq arxada qalıb. Ölkəmiz davamlı iqtisadiyyatın formalaşmasında yeni mərhələyə qədəm qoyur ki, bu da böyük, dünya şöhrətli şirkətlərin, biznesmenlərin ölkəmizə yatırım ayırmasını, ticarət dövriyəzmizdə iştirak etməsi təminatı yaradır.

Pandemiya bitdikdən sonra Azərbaycana böyük ticari axınlar, şirkətlər, iri korporasiyaların ayaq açacağı gözləniləndir. Çünki Azərbaycan ticarət üçün MDB ölkələri arasında daha əlverişli və imkanlı ölkədir. Amma bu şirkətlər Azərbaycan Gömrük sisteminin məlum fəaliyyətini qəbul edəcəklərmi? Onlar Səfər Mehdiyevin kimliyini, fəaliyyətini, problemləri, süni əngəlləri öyrənib ölkəmizə gələcəklərmi?

Biz edərikmi? Siz Gömrük sistemi bizim kimi olan ölkələrdə yatırım edəsinizmi? Səfər Mehdiyev özü biznesmen olsaydı edərdimi?

Maraqlıdır, islahatlar dediyimiz məsələ gösərən Gömrük Komitəsinin rəhbəri üçün nə deməkdir?

Ölkə parlamentində gömrüyün yaratdığı problemlər sadalanır, mətbuat yazır, ekspertlər durmadan danışır, ancaq həll olunmur. Ölkənin Qarabağ kimi problemi həll olundu, Gömrük sistemi hələ də adi problemlərlə uğraşır.

Sahibkarı narazı, xarici ölkədən 10 dollarlıq nəsə gətirən adam narazı, kartof aparan narazı, su gətirən narazı, "şmotka" gətirən narazı, "Tır" sürən narazı. Yaxşı, hamı yalan danışır? Hamı böhtan atır? Bir dəfə görmədik Səfər Mehdiyev çıxıb "filan problem bizim səhvimizdir və aradan qaldırmağa çalışırıq" desin. Ancaq dedikləri bu olub, "böhtandır", "yalandır", "şərdir".

"Gömrüyündən keçim, kim olduğunu deyim" misalı bizim ölkəmizə əlaqələndirilsə haqqımızda nəyi deyər?

Qarabağ müharibəsində sona qədər yanımızda olan türk qardaşlarımız belə sosial şəbəkədə Gömrükdə əziyyət çəkdiklərini deyirlər. Türk sürücülərdən əlavə haqq istənilir. Onlar gömrük keçid məntəqələrində süni əngəllərlə üzləşdiklərini bildirirlər. Deməli problem təkcə öz vətəndaşlarımıza, sahibkarlarımıza deyil, türk qardaşlarımıza, xarici sahibkarlara da yaradılır. Bu hansısa məsələ ilə bağlı deyiI, gömrük sistemindəki problemdir ki, onun da açarı öz əllərindədir.

Düyna dövlətləri pandemiya dövrüdən istifadə edərək əyri-əskiklərini düzəltdil, sistemlərini daha müasir standartlara uyğunlaşdırdı, elektronlaşdırdı, mobilizasiya olundu, daha müasir modelə keçid etdi. Azərbaycan gömrüyü hələ də hansısa sahibkarın soğan problemindən qurtula, kartof aparma qaydalarını sistemləşdirə bilmir. Bilirsə o zaman nədən narazılıq yaranır? Nədən sahibkar çıxıb probleminin olduğunu deyir? Adi məntiqlə problemi olmayan sahibkar niyə şikayət etsin?

Bir də ən həssas məqamlardan biri Gömrükdə son aylarda vaqe olan "narazılar məhkəməyə müraciət etsin" sözüdür. Bu barədə növbəti yazıda. Gömrük məhkəmələri daha çox hansı problemlər səbəbindən yaranır? Bu suallara aydınlıq gətirməyə çalışacağıq.

Bütün bunların fonunda görünən odur ki, ən böyük islahat baş gömrükçü Səfər Mehdiyevin dəyişdirilməsi və Dövlət Gömrük Komitəsinə bu sistemdə bir gün belə işləməyən, buradakı sistem biabırçılığını bilməyən şəxs təyin edilməlidir. Elə bir şəxs ki, onun Səfər Mehdiyevlə yanaşı gömrük orqanlarında işləyən bir məmur tanışı olmasın. Belə olmadığı təqdirdə Gömrükdə yenə məlum problemlər qalacaq. Çünki, hazırkı gömrük sistemi elə qurulub ki, onu kökündən dağıtmaq və yenidən qurmaq lazımdır.

Bir də ən vacib sual budur - Görəsən Gömrük sistemindəki məlum problemlər, monopoliya, qanunsuzluq kimi hallar Azərbaycan vətəndaşına nə qədər ziyan vudub? Axı gömrük gəlirləri həm də dövlət büdcəsinin formalaşmasında daha vacib faktordur. Gömrük sistemi daha dəqiq işləsəydi, korrupsiya, talama əməliyyatları olmsaydı, görəsən ucqar dağ kəndindəki Qasım daynın təqaüdü 250 manat deyil 650 manat ola bilərdimi? Bu sualın cavabını da Səfər Mehdiyev üçün saxlayaq...

Ədil Hüseynli
Bizimxeber.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.