Göygöl rayonunda “Poladın kafesi” nə ilə məşhurdur - İTTİHAM

26-05-2021, 00:04           
Göygöl rayonunda “Poladın kafesi” nə ilə məşhurdur - İTTİHAM
Göygöl rayonu ərazisində, bir qədər də dəqiq desək Hava Limanına gedən yolun yaxınlığında fəaliyyət göstərən və yaş həddindən asılı olmayaraq qadınların cinsi zoraklığa məruz qalmaları üçün hər cür şərait yaradan, həmçinin bölgədə daha çox “Poladın kafesi” adı ilə tanınan obyektdə yaşanan biabırçılıqların nə həddi, nə də ki, hüdudu bilinir. Qeyd edək ki, bu obyektin adının ətraf şəhər və rayonlarda dillər əzbəri olmasına əsas səbəb, indiyə kimi Poladın və onunla işbirliyidə çalışan şəxslərin uzun illər ərzində belə bir iyrənc əməllərlə məşğul olmalarıdır. Düşündürücü haldır ki, hər kəs anadan olub böyüdükcə özünün gələcəkdə hansı peşəni seçəcəyini, hansı arzulara qovuşacağını və s. qarşısına məqsəd qoyur. Bölgədə dolaşan söz-söhbətlərə görə, bu şəxs isə Göygöl rayonu ərazisində əxlaqsızlıq obyekti işlədəcəyini və belə bir yolla da, məhz özünə var-dövlət qazanacağını qarşısına əsas məqsəd qoyur. Ona görə də, o, uzun illərdir ki, belə bir çirkin əməllərdən əl çəkmir və yaxud da əl çəkmək niyyətində deyil.

Unutmaq olmaz ki, Polad adlı şəxsin işlətdiyi əxlaqsızlıq ünvanında indiyə kimi ara-sıra elə bir ciddi olaylar baş verib ki, son anda o, işlətdiyi obyektini müəyyən müddət ərzində bağlamağa məcbur olur. İddialara görə xeyli müddət bundan əvvəl də, məhz bu şəxsin işlətdiyi əxlaqsızlıq ünvanı yerli sakinlərin qəzəbinə “tuş gəlir”. Yəni, sakinlər Polad adlı şəxsin qol qoyduğu iyrənc və qanunsuzluq əməllərinə etiraz əlaməti olaraq, həmin obyekti “daşqalaq” edirlər. Baş verən hadisə nəticəsində obyek tam şəkildə sıradan çıxmasa da, obyektə xeyli məbləğdə ziyanın vurululduğu iddia olunurdu. Redaksiyamıza daxil olan bəzi məlumatlara görə, bu gün də “Poladın kafesi” adı ilə tanınan obyektdə yaş həddindən asılı olmayaraq qadınların cinsi istismara məruz qalmaları üçün hər cür şərait yaradılır. Belə bir səbəblər üzündəndir ki, hal-hazırda adı çəkilən bu obyekti vaxtilə işlədən Polad adlı şəxs qol qoyduğu əməllərinə görə bölgədə ən çox “iş stajı” olan şəxs hesab olunur. O halda sual oluna bilər ki, görəsən yaşadığı bölgənin “dan ulduzu”na çevrilən Polada arxa-dayaq duran vəzifə sahibi kimdir? Çünki, heç cür inandırıcı hal deyil ki, adı çəkilən bu şəxsə kimsə “arxa-dayaq” durmadan, o, Göygöl rayonu ərazisində belə bir formada “fironluq” edə bilsin? Əldə etdiyimiz məlumatlara görə, bu şəxs orda-burda danışır ki, “Göygöldə bir neçə yüksək çinli vəzifə sahibi var ki, onlar mənə “arxa-dayaq” dururlar. Nə vaxt başımın üstündən “qarayellər əsir”, o halda həmin şəxslər məni “düşdüyüm “bataqlıqdan” çıxara bilirlər.

Əldə etdiyimiz başqa bir məlumatlara görə, bir aydır ki, həmin obyekti Mehriban adlı qadın işlədir. Bu qadının adı Mehriban olsa da, onun əməllərində “mehribançılıqdan” heç bir əsər-əlamət yoxdur. Çünki, bir redaksiya olaraq adı çəkilən bu xanımla əlaqə saxladıqda “On il bundan əvvəl bu obyekti Poladla birlikdə işlədirdik. Sonra Yusif adlı şəxs işlətdi, az sonra o, obyekti təhvil verdi. Bir aydır ki, obyekti köhnə qaydalarla mən işlədirəm” dedi. Elə ki, Mehriban adlı qadının işlətdiyi bu obyektdə yaşanan çoxsaylı iyrəncliklərlə, hər cür hoqqalarla bağlı lazımi məlumatları əldə etdik, o halda Göygöl RPŞ rəisinin əməliyyat işləri ilə müavini Anar müəllimlə əlaqə saxladıq. Yəni, telefon danışığımız zamanı onu Mehriban adlı qadının işlətdiyi obyektdə baş verənlərlə bağlı məlumatlandırdıq. Təəssüflər olsun ki, Anar müəllim bir qədər telefon danışığımızı dinlədikdən sonra telefonunu qapatdı və bir daha telefon zəngimizə cavab vermədi. Bu da onu söyləməyə əsas verir ki, Göygöl RPŞ rəisinin əməliyyat işləri ilə müavini vəzifəsini daşıyan bu şəxs, hazırda üzərinə düşən vəzifənin məsuliyyətini lazımınca hiss etməyən, qeyd olunan obyektdə baş verənlərin mahiyyətinə əhəmiyyət verməyən vəzifə sahibidir.

Onu da qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20 iyun 2019-cu il tarixdə imzaladığı Sərəncam əsasında, Vilayət Eyvazov daxili işlər naziri vəzifəsinə təyin olundu. Belə bir təyinatın verilməsindən sonra ölkəmizin daxili işlər orqanlarında fərqli ab-hava əmələ gəldi. Qısa zaman kəsiyində tam əksəriyyətin düşüncəsində belə bir fikir formalaşdı ki, cənab Vilayət Eyvazovun gənc və enerjili olması, məhz ölkəmizin daxili işlər orqanı sahəsində yaşanan çoxsaylı problemləri qısa zaman kəsiyində aradan qaldırmağa imkan verəcək. Həqiqət naminə qeyd edək ki, ötən 1 il 11 ay ərzində bu yöndə lazımi addımlar atıldı və bu gün də atılmaqda davam edir. Təəssüf hissi lə qeyd edək ki, cənab Nazirin rəhbərliyi altında lazımi addımların atılmasına baxmayaraq, hələ də Göygöl RPŞ-də vəzifə sahibi olan elə şəxslər var ki, onlar hələ də verilmiş tapşırıqların icraasına uyğun addımlarını atmırlar. Belə bir halların varlığı, bir növ səhlənkarlıq, məsuliyyətsizlik deməkdir.

Məsələnin düşündürücü tərəfi ondan ibarətdir ki, dövriyyəsi gün ərzində təqribən bir neçə yüz, bəlkə də min manatlarla hesablanan həmin obyektdə, bir ədəd olsun belə kassa aparatı yoxdur. Ona görə də, Mehriban adlı qadının sahiblik etdiyi obyektə üz tutan müştərilərə heç bir halda ödəniş qəbzi verilmir. Yəni, obyekt sahibi vergi məsələsini qarşı tərəflə razılığa gəldiyi qaydada həll edir. Belə bir halın varlığı da, obyekt sahibinin əldə etdiyi gəlirlərin daha çox hissəsinin vergidən gizlədilməsinə imkanlar açır. Bu həm əmək intizamının tələblərinin pozulması, həm də vergi cinayətinin baş verməsi demək olur. Əsas məqamlardan biri də, cütlüklər qiyməti razılaşdırılmış otaqlara daxil olarkən, həmin şəxslərin nigahda olub-olmadıqları araşdırılmır, obyektdə çalışan işçilərlə əmək müqaviləsi bağlanmır, natəmizlik halları tüğyan edir, ətraf ərazilərdə yaşayan sakinlərə hər cür narahatçılıq və ciddi problemlər yaradılır. Media üzərindən apardığımız araşdırmalardan, sosial şəbəkələrdə yayılan bəzi foto-şəkillərdən aydın olur ki, bu obyektdə hər cür iyrənc əməllərə qol qoymaq sanki adi hala çevrilib.

Ümumiyyətlə, bu cür addımların atılması həm ciddi qanun pozuntusu, həm də milli-mənəvi dəyərlərimizin tapdaqlar altına atılması deməkdir. Faktdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 iyul 2020-ci il tarixdə imzaladığı 2173 nömrəli Sərəncam əsasında, Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün “Milli Fəaliyyət Planı” təsdiq olunmuşdur. İmzalanmış “Milli Fəaliyyət Planı”nın 2-ci bəndində qeyd olunub: “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi bu Sərəncamda təsdiq olunmuş və “Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş tədbirlərin, aidiyyəti icra hakimiyyəti orqanları ilə birlikdə yerinə yetirilməsini təmin etsin”. Qarşıya bu yöndə tələblər qoyulsa da, baş verənləri təhlil edib belə bir qənaətə gəlmək mümkündür ki, hazırda nə Göygöl RİH, nə Göygöl RPŞ-də vəzifə sahibi olan bəzi şəxslər, nə də ki, adı çəkilən obyektə sahiblik edən Mehriban adlı qadın, ölkə rəhbərinin imzaladığı “Milli Fəaliyyət Planı”na məhəl qoymurlar. Belə bir halın varlığı, məhz ortaya çoxsaylı sualların çıxmasına səbəb olmaqdadır. Ona görə də, yuxarıda qeyd olunan faktlarla bağlı aidiyyatı dövlət qurumlarına müraciət etməyi qərara almışıq ki, mövcud problemlərin həlli istiqamətində müvafiq addımlarını atsınlar. Düşünürük ki, bu məqalənin yayımlanmasından sonra Göygöl polisi adı çəkilən bu qadının əməllərinə hüquqi qiymət verilməsi üçün, onu hüquqi müstəvidə “çarmuxa çəkəcək”.

Mövzu diqqətimizdədir. Odur ki, bizi izləməyi unutmayın.
Nyus .az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.