Köçərli Həsənov, ƏHALİ susuz qalıb,su ver... - Sona xanımın qohumu Fərmayıl Vəliyev sudan milyonlar qazanır...

23-06-2021, 00:04           
Köçərli Həsənov, ƏHALİ susuz qalıb,su ver... -
Köçərli Həsənov, Prezident hələ sənə etimad göstərməyib...

Əli Həsənovun dəstəsi ilə birləşib sakinlərə yezid zülmü edirsən...

Əli-Sona cütlüyü Qarabağ veteranının ailəsini Günəşə həsrət qoyub...

Prezidentin keçmiş köməkçisi Əli Həsənovun xanımı Sona Vəliyeva xatirələrində yazır ki, Əli ilə ən böyük arzumuz Bakıda özümüzün balaca bir şəxsi evimizin olması idi.
Bəli, o zamanlar Əli Həsənov tərəzi dalında dayanıb “Quska”nın metallarını çəkirdi, səhərdən axşamacan metal qırıntılarından qapqara hala düşən Əli sonda kirayə evinə dönürdü. Sona xanım soruşurdu ki, Qaragilə, nə vaxt Bakıda bizim də evimiz olacaq..?
Həə, həmən Əli, həmən Sona indi VİLLA tikdirib II qrup əlil, Qarabağ müharibəsi iştirakçısı Namiq Mehdiyevi və ailəsini Günəşə həsrət qoyur.
Həmən VİLLA Prezidentin keçmiş köməkçisi Əli Həsənovun həyat yoldaşı Sona xanım tərəfindən alınıb. Ancaq VILLA Sona xanım Vəliyevanın əmisi oğlu Fərmayıl Vəliyevin həyat yoldaşı Gülər Vəliyevanın adına rəsmiləşdirilib.

Doğrudan da ağır dərddir. Sən get vətən üçün döyüş, əlil ol, özünə balaca daxma tik ailənlə yaşa. Və illər sonra Əli-Sona peyda olub, sənin evinin bünövrəsini söksün, hündür villa tiksin, sən də ona yalvar...
Doğrudan da, dözülməzdir.
Deməli, Əli Həsənovun yaxın qohumu, əvvəllər Sabunçu Su-Kanal , sonra Nizami Su-Kanal idarəsinin rəisi olan Vəliyev Fərmayil Kalam oğlu işlədiyi hər sahəni xaraba günə qoyub.
Onun qardaşı Vəliyev Azər Kalam oğlu Əli Həsənova məxsus biznes şəbəkələrini idarə edir və onların qanuni təmsilçisidir. Həmin biznes şəbəkərini təqdim edirik:
1."KASPİ CO" MƏNZİL TİKİNTİ KOOPERATİVİ - Nizamnamə kapitalı 100.00 AZN, qanuni təmsilçisi AZƏR VƏLİYEV KALAM OĞLU
2. "KASPİ-AZ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - Nizamnamə kapitalı 20.00 AZN, qanuni təmsilçisi AZƏR VƏLİYEV KALAM OĞLU
3. "BEYNƏLXALQ MƏTBUAT MƏRKƏZİ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - Nizamnamə kapitalı 10.00 AZN, qanuni təmsilçisi AZƏR VƏLİYEV KALAM OĞLU
4. "TƏCHİZATÇI" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ - Nizamnamə kapitalı 146144.00 AZN, qanuni təmsilçisi AZƏR VƏLİYEV KALAM OĞLU
5 GOLDEN PRİNCE" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - Nizamnamə kapitalı 300.00 AZN, qanuni təmsilçisi AZƏR VƏLİYEV KALAM OĞLU

Qeyd edək ki, hazırda Bağlar Su-kanal idarəsinin rəisi olan Vəliyev Fərmayil Kalam oğlu Sabunçuda işləyərkən çirkab suları Xəzər dənizinə axıtdığı üçün vəzifəli şəxs kimi 4 min manat cərimələnib.
Nizamidə işləyərkən rayonun su təsərrüfatını yararsız günə qoyub.
Hazırda isə Bağlar Su-Kanal İdarəsində rəis olan Fərmayıl Vəliyev bağ sakinlərini su üzünə həsrət qoyub.
“Azərsu”nun yenicə sədr əvəzi vəzifəsini icra edən Köçərli Həsənov hər idarə rəisinə “aylıq” qoyub ?
Bağ sakinləri çirkablı kanal suyu ilə yuyunmağa məcbur olur.
Xətrinizə dəyməsin, cənab Köçərli Həsənov, cənab Fərmayıl Vəliyev, sizin ailə üzvləriniz çirkablı suda yuyunsa, çimsə, xoşunuza gələrmi ?
Siz vətəndaşları az qala intihara məcbur edirsiniz.
Cənab Köçərli Həsənov, sən hələ sədr əvəzisən, yəni İO-san.
Prezident hələ sənə etimad göstərməyib. Sən isə Əli Həsənovla birləşib camaata yezid zülmü edirsən.
gundelik baki












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.