Novruz Novruzovun Şabranın mərkəzində ikinci evi tikilib - Şəxsi transfarmatoruda öz yerində.... FOTO

7-07-2021, 20:36           
Novruz Novruzovun Şabranın mərkəzində ikinci evi tikilib -
Teref.az xəbər verir ki, müstəqil jurnalist Dəyanət Azərsoy Siyəzənin İcra başçısı Novruz Novrusovun heç bir əndazəyə sığmayan əməllərindən sosial şəbəkədə yazıb. Dəyanət Azərsoy yazır:
"Novruz Novruzov Siyəzənin icra başçısı olsada Siyəzəndə deyil Şabran şəhərinin mərkəzinde ikinci evinin tikintisini başa çatdırır.
Bəlkədə Siyəzəndə elə kənd ya elə yaşayış massivi var ki orda işıq transfarmatoruna ehtiyac var. Novruz Novruzov isə evinin qarşısında yeni Tranfsrmator gətizdirib.
Hele qoşulma etməyib. Azərişıq bunu deyesen İcra başçısı Novruz Novruzova hədiyyə edib.
Yada Sabranin icra başçısı Asif Hüseynov başqa yerdə qoyulmalı Transvarmatoru Novruz Novruzovun "ev görüsünə ərmagan" edib.
Daha keçib Novruz Novruzov bir arteizian quyusu da vurdursun həyətində.
İşlər tamam olsun. Siyəzəndə hansısa kənddə, ya elə Şabranda suya işığa ehtiyacı olan insanlar var.
Eh, təki icra başçılarınin, məmurlarin suyu işığı olsun. Başçılıq etdiyləri rayonlarda əhaliyə olmasa da olar."
Teref.az olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.