Baba Rzayevin milyonluq tender “oyunu” – Fakt

28-07-2021, 07:32           
Baba Rzayevin milyonluq tender “oyunu” – Fakt
“Azərenerji” ASC müxtəlif energetik yağların satın alınması üçün tender elan edib. Reportyor.info məlumat verir ki, tenderin qalibi “UNI ENERGY SERVICES” MMC olub. Buna görə şirkətə 894 683.06 manat ödəniş edilib. Ölkədə tender maxinasiyalarının vərdişə çevrildiyini nəzərə alsaq, “Azərenerji” ASC-nin yağların satın alınması üçün 1 milyona yaxın vəsaiti də qeyri-şəffaf xərclədiyi şübhələri yaranmasına əsas var. Qurumun rəhbəri Baba Rzayevin adı bundan əvvəl də müxtəlif mənimsəmələrdə hallanıb. Sözügedən şirkətin isə fəaliyyəti haqda heç bir geniş məlumat yoxdur.
Bundan əvvəl “Azərişıq” ASC-nin kotirovka sorğusu üsulu ilə keçirilmiş tender müsabiqəsində “UNİ Energy services” MMC şirkəti qalib elan olunub. Məlumdur ki, “Azərişıq” ASC də B.Rzayevə yaxın qurumdur. Ona görə tenderlərdə yalnız bu şirkətin qalib olması təsadüfi hadisəyə oxşamır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.