Elman Rüstəmov biznesini genişləndirir - İDDİA

5-05-2015, 11:55           
Elman Rüstəmov biznesini genişləndirir - İDDİA
Nizami rayonunda yaşıllığın məhv edilməsi və yerində müxtəlif obyektlərin tikilməsi ilə bağlı dəfələrlə məlumat vermişik. Bu dəfə də qeyd olunan məsələyə toxunaraq ayrı-ayrı vəzifə sahiblərinin iştahının qurbanı olan bir məkan barəsində danışacağıq. Belə ki, Nizami rayonu ərazisində yerləşən "Planet" şadlıq sarayını hər birimiz yaxşı tanıyırıq. Hətta onu da bilirik ki, bu restorana Mərkəzi Bankın sədri Elman Rüstəmov "krışa"lış edir.

Manatın ucuzlaşması və dolların birdən-birə 34 faiz bahalaşması ilə eyni vaxtda Elman Rüstəmovun yenidən Mərkəzi Banka sədr seçilib-seçilməməsi məsələsini gündəmə gətirdi. Çoxları zənn edirdi ki, vətəndaşların ciddi problemlə üzləşdiyi bir vaxta Elman Rüstəmov yenidən sədr seçilə bilməyəcək. Amma gözlənilənlər özünü doğrultmadı və adıçəkilən şəxs yenidən Mərkəzi Banka rəhbər təyin olundu.

Bəli, Elman Rüstəmovun özü də yenidən sədr seçiləcəyinə şübhə edirdi. Elə buna görə də, tikinti ilə bağlı bəzi layihələrinə fasilə vermişdi. Vəziyyət hər cür dəyişə və xərclədiyi vəsait bata bilərdi. Buna görə də, Elman Rüstəmov "Planet" şadlıq sarayının ətrafındakı yaşıllıq barədə gözləmə mövqeyi sərgilədi. Elə ki, təyinatı təsdiqləndi baltasını itiləyib saldı işə. Bir neçə günün içində ərazidə olan yaşıllıq məhv edildi, bünövrə qazılıb tikintiyə başlanıldı. Şəkillərdən də gördüyünüz kimi, şadlıq sarayına bitişik inşa edilən yeni tikili artıq tamamlanmaq üzrədir. Görünür, xüsusi tapşırıq əsasında işlər sürətlə aparılır. \\ gundelik-baku.com \\












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.