Məşhur QHT sədri Gömrük Komitəsindən tələb etdi: " iki əməkdaşın qeyri peşəkarlığının kompensasiyasını qurum olaraq ödəyin!"

10-09-2021, 08:18           
Məşhur QHT sədri Gömrük Komitəsindən tələb etdi:
Teref.az xəbər verir ki, bu dəfə gömrük işçilərinin qeyri professionallıq, özbaşınalıq vqanunarı çeynəməsindən məşhur hüquq müdafiəçisi "Təmiz Dünya" QHT-nın sədri Mehriban Zeyalova şikayətlənir. Mehriban Zeynalova sisoal şəbəkələrə üzünü Azərbaycan Respublikasi Dovlət Gomruk Komitəsinə tutaraq yazır:

"Mehriban Zeynalova
7 сентября, 15:20 ·
Dovlet Gomruk Komitesi Azerbaycan Respublikasi Dovlet Gomruk Komitesi
Bu gecə Moskvaya olan uçuşuların sərnişini olan oğlum əməkdaşlarınızın qeyri peşəkarlığı sayəsində səfəri baş tutmadı, bileti batdı. Nə var nə var Yaponiya istehsalı olan, kütləvi satışı olan 100$ fotoaparatı, əməkdaşlarınız antikvar hesab edib. Məsələ ondandır ki, bunu əsaslandıracaq nə sənəd ortaya qoyublar, nə də qanunvericilik üzrə bənd. Əsas o olub ki, "mən belə deyirəm". Əgər bu sahədə ekspertiniz yoxdursa, bu Sizin problemdir vətəndaş niyə Sizin əməkdaşların qeyri peşkarlığından ziyan çəkməli, yaradıcılıq görüşünü itirməli idi. Yeri gəlmiş həmin fotorparatla oğlum dəfələrlə səfərdə olub. Adam deyir ki, bu mənim çörək ağacımdır və həmişə mənimlə olur. İndi bir zəhmət şikayətlərimizə cavab verin Qayanr xəttə, Sədrə müraciətlərimiz var. iki əməkdaşın qeyri peşəkarlığının kompensasiyasını qurum olaraq ödəyin!"

Teref.az olaraq qeyd etmək istəyirik ki, bu Gömrük komitəsinin əlindən zinhara gəlmiş vətəndaşların minlərlə şikayətlərindən sadəcə biridir və ümid edirik ki, artıq Dövlət bu komitədə qayda qanun yaradacaq!
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.