Astaralı Ziyalı Nuranə Həmidova Rəşad Həsənovun Haqsızlığına Məruz Qalıb

10-09-2021, 15:48           
Astaralı Ziyalı Nuranə Həmidova Rəşad Həsənovun Haqsızlığına Məruz Qalıb
Nümunəvi müəllim təhsil müdirinə rüşvət vermədiyi üçün direktorluqdan məhrum olunur
Xüsusən də son vaxtlar Rəşad Həsənovla bağlı maxinasiya və rüşvət şikayətləri “su üzünə çıxmağa başlayır”. Təbii ki, bizə daxil olan şikayətlərin hamsını yerində araşdırmağımız asan deyil. Çünki, insanlar təəssüf ki, açıq danışmaqdan və mediaya çıxmaqdan çəkinirlər. Xüsusən də təhsil işçiləri, təzyiqə məruz qalmaq və işini itirmək xofuna görə əksər hallarda susmağa üstünlük verirlər.

Rayondan və xüsusən, şəhər məktəblərindən aldığımız dəqiq məlumatlara görə artıq nəinki müəllimlər, hətta rəhbər işçilər də təhsil müdirindən narazıdır. Məsələn, adının açıqlanmasını istəməyən, şəhər 5 saylı tam orta məktəbin müəlliminin sözlərinə görə, məktəbin, hətta direktoru və rəhbər işçiləri də Həsənovdan dad edirlər və “Rəşad Həsənov Qızbəs Məmmədovadan fərqli olaraq çox uzağa gedə bilməyəcək...” deyirlər.

Bu sujetdə biz Rəşad Həsənov tərəfindən birbaşa haqsızlığa məruz qalan işçilərdən daha birindən bəhs edəcəyik: Ərçivan qəsəbə 3 saylı məktəbin tarix müəllimi Nuranə Həmidova.

Rayonun aktiv təhsil işçilərindən və ziyalılarından biri kimi tanınan Nuranə müəllimə, bir müddət öncə “Astaranın Gənc Alimləri”nə müraciət edərək, yaşadığı dramatik haqsızlıqları ictimailəşdirməyi istədi. Məlum oldu ki, Astaranın peşəkar müəlliminin direktorluq imkanı, dəfələrlə qanunsuz yerə əngəllənibdir. Aşağı bal toplayan namizədlər, hətta müsahibədə belə, iştirak etməyən namizədlər direktor verilib, amma yüksək bal toplayan Nuranə müəllimə isə heç ehtiyat kadr olmağa belə, çağırılmayıb. Məsələn, 2019-cu ildə Astara rayon Ərçivan qəsəbə 4 saylı məktəb üzrə imtahandan çıxmış yeganə namizəd, məhz Nuranə xanım imiş. Oranın əvəzçi direktoru Ceyhun Baxşıyev keçid balını belə toplamayıbmış və müsahibədə iştirak da etməyibmiş. Amma, birdən-birə qanunsuz şəkildə oraya direktor təyin olunub!

Astara təhsil müdiri Rəşad Həsənov sanki heç nə olmayıbmış kimi davranaraq, açıqlama belə, verməyə ehtiyac duymadı. Beləliklə, Həmidovanın bütün müsbət fəaliyyətini və təhsildəki xidmətlərini qulaqardına vurdu.

Sual yaranır: Görəsən Rəşad Həsənov nə üçün savadlı bir müəllimə deyil, savadsız bir müəllimə direktorluğu həvalə etdi?
"Təhsil Araşdırmalar Mərkəzi"
Teref.az oalaraq qarşı təfəin mövqeyini dərc etməyə hazııq!
Tetef.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.