AZENKO ASC Qusarda 3 ildir bir stadionu niyə tikə bilmir?

19-09-2021, 14:44           
AZENKO ASC Qusarda 3 ildir bir stadionu niyə tikə bilmir?
Qusar şəhər mərkəzi stadionu bütün Qusarlıların ən intensiv istifadə etdiyi məkanlardan biri və bəlkə də birincisi idi. Bu stadion həm də şimal regionunun tək peşəkar futbol klubu olan “Şahdağ”FK-nun ev oyunlarını keçirdiyi məkan idi.

İdman arenasının yenidən qurulması xəbərini eşidəndə bütün qusarlılar sevinib alqışladı. Amma yenidənqurma işləri ərazinin hasarlanmasından irəli gedə bilmədi. Üstündən 3 il keçməsinə baxmayaraq yeni stadionun bərpasına başlanılmır.

Əraziyə bir neçə ağır texnika cəlb edilib. Amma o texnikalar göz aldatmaqdan başqa bir şey deyil. Stadion yoxluğu səbəbi ilə “Şahdağ”FK artıq öz fəaliyyətini dayandırıb. Klubun yalnız aşağı yaş qruplarında olan komandası qalıb.

Onu gedin Samir Şərifovdan soruşun. Soruşun ki, niyə tikinti üçün nəzərdə tutulan vəsait “AZENKO ASC”-nin balansına köçürülmür. Pulsuz işmi olar?

Bu sözləri 7times.az-a açıqlamasında şirkətin məsul şəxslərindən biri bildirib.

Amma təəssüflər olsun ki, informasiya vermək fərasətləri də gördükləri işdən geri qalmadı. Hər halda biz ölkənin maliyyə nazirinə niyə “AZENKO”-nun pulunu vermirsiz sualını ünvanlayacaq bir qurum deyilik.

O suala cavab alıb yaranmış problemi aradan qaldırmaq üçün iş sahibi olan “AZENKO”ASC ilə adiyyatı dövlət qurumları arasında bunu etməli olan çox adam var. Biz sadəcə informasiyanı əldə edib yaymaqla mükəlləf olan bir media qurumuyuq.

Tenderdə ən utopik xəyali təkliflər verməklə olmur əziz “AZENKO”. Siz Qafqazın ən böyük tikinti şirkətlərindən birisiz. Ölkənin ən strateji bir məkanında olduqca əhəmiyyət kəsb edən və elə də çox maliyyə vəsaiti tələb olunmayan bir şəhər stadionunu 3 ildir ki, tikib başa çatdıra bilmirsiz. Bu da azmış kimi sizin ucbatınızdan peşəkar bir FK yox oldu. Niyə? Bəlkə bu sualıda Samir Şərifova vermək lazımdır.?

Dövlət Qusarda belə “yubanmır”heç vaxt. Bunu nəzərinizdən qaçırmayın əziz “AZENKO”.

Bir məlumatı da nəzərinizə çatdırım ki, artıq Qusar sakinləri bu barədə ölkə başçısına müraciət etmək qərarına gəlib. Çünki bilirlər ki, yalnız İlham Əliyev onların arzu və istəklərinə biganə qalmayacaq.
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.