“Atan, anan ölsə, yetim qalsan, necə yaşayarsan?” – Bakı Avropa Liseyində BİABIRÇILIQ

22-09-2021, 00:00           
“Atan, anan ölsə, yetim qalsan, necə yaşayarsan?” –
Son günlər sosial mediada ən çox müzakirə olunan məsələlərdən biri də Bakı Avropa Liseyinin 5 yaşlı uşaqlara verdiyi imtahan suallarıdır. Belə ki, valideynlər liseyin uşaqları imtahandan kəsmək üçün bu sualları saldığını düşünür. Ciddi məsələlərdən biri də odur ki, verilən suallar 5 yaşlı uşağın psixologiyasına heç də uyğun deyil.

Teref.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, Bakı Avropa Liseyinin beş yaşlı uşaqlara saldığı imtahan sualları sosial mediada geniş müzakirələrə səbəb olub. Sualları təqdim edirik:

“Atan, anan ölsə, yetim qalsan necə yaşayarsan?”

“Atanın 2 ayağı olmasa, 4 əli olsa, necə istifadə etməlidir?”

“Başının arxasında 2 gözün olsa, necə istifadə edərsən?”

Mövzu ilə bağlı Bakı Avropa Liseyinə sorğu göndərilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru