Bakı İnzibati Məhkəməsində hamı yatmış, məsləhətçi(lər) oyaq...

25-09-2021, 15:32           
Bakı İnzibati Məhkəməsində hamı yatmış, məsləhətçi(lər) oyaq...
"Mediada Bakı İnzibati Məhkəməsinin hakimi Fərid Mədətlinin hakim adından daha çox kommersiya maraqlarını güdməsindən informasiya yayılıb. Dədələrimiz demiş, başımıza gələnlərdən başmaqçı olduğumuzdan, tam əminliklə deyə bilərik ki, təkcə Bakı İnzibati Məhkəməsində yox, bütövlükdə məhkəmə hüquq sistemində hakimlər qış yuxusuna gedib, oyaq qalan texniki işçilər və məsləhətçilərdir". Bu barədə Teref.az-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Baxın, Yasamal rayon məhkəməsi 5 aydan çoxdur Qarabağ qazisinin 3-cü şəxs Təhsil Nazirliyi olmaqla BDU-ya qarşı təhsil hüququna qoyulan 20 illik qadağanın aradan qaldırılması və dəyən maddi-mənəvi ziyanın ödənilməsi haqqında iddiasına baxmır. Bu 5 ayda ali dövlət hakimiyyəti orqanlarına, Məhkəmə-Hüquq Şurasına, Ombudsmana, hüquq mühafizə orqanlarına edilən yüzlərlə şikayətlər də məhkəməni “yuxudan oyada bilməyib”. Bu məhkəməyə verilən “söyüş eksperti”nə qarşı xüsusi ittiham qaydasında şikayətə isə 15 aydan sonra “baxılıb”. Ombudsmanı sağ olsun, axırı, hakim Günel Əkbərlini “yuxudan oyadıb”. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri İlqar Murquzov olan , Habil Məmmədov və Həsən Əhmədovdan ibarət olan üçlüyünü isə 10 aydan sonra “yuxudan durğuzmaq” mümkün olub. Bakının Nizami rayon məhkəməsinin hakimi Nəriman Mehdiyevi sahə müvəkkili Elçin İslamova qarşı xüsusi ittihamlı şikayətə baxmağa “yuxudan oyatmağa qıymayan” məsləhətçi Ceyhun Bayramov, axır ki, iki gün öncə il yarım qabaqkı icraatdan imtina barədə 10.03.2020 tarixli qərarı payızda “qış yuxusundan oyada bilib”.

Bakı İnzibati Məhkəməsinin hakimi Fərid Mədətli 3 il qabaq Ali Məhkəmədən qayıdan “Azəriqaz”a qarşı iddia üzrə “qazın yetkisindən elə yuxuya gedib” ki, işə baxmağı tamam unudub. Oyaq məsləhətçi İradə Hüseynova 17.06.2020 tarixli qərarla iddianın mümkün sayılmadığını bildirib, amma indiyədək – 13 aydır qərardadı tapa bilmir ki, tərəflərə versin. Bakı Apellyasiya Məhkəməsi, hələ ki, inzibati məhkəmənin yanında “toya getməlidir”. Sədri Səadət Bəktaşi olan heyət Qarabağ qazisi Xaliq Abbaszadənin ƏƏSMN yanında DSMF-ə qarşı Bakı İnzibati Məhkəməsinin hakimi Nəriman Abıyevin “daxili inamının qazinin pensiyasını DSMF-ə yedirtməsi” qərarından şikayəti üzrə qəbul etdiyi 03.08.2021 tarixli qərarını 2 aya yaxındır vermir. Afaq Nuriyevanın sədri olduğu heyət isə Bakı İnzibati Məhkəməsinin hakimi Rüstəm Kərimlinin qazinin ƏƏSMN -ə qarşı iddiasına üç illik süründürməçilikdən sonra prezidentin sərəncamını saxtalaşdıraraq tabeliyindəki qurumların ƏƏSMN -in tabeliyində olmaması saxtalığı ilə mümkün saymadığı 19.04.2021-ci il tarixli qərardadından şikayəti üzrə 06.08.2021 -ci il tarixli qərardadını 2 aya yaxındır vermir. Təşkilat şöbəsinin müdiri Asim Zülbalayev bir ay qabaq hakim heyətini “yuxudan edib”, 24.08.2021-ci il tarixli qərardadla vəkil ayrıldığını bildirsə də, bu qərardad da iddiaçı qaziyə verilməyib. Rüstəm Kərimlidən söz düşmüşkən, hakim adından açıq -aşkar rüşvət amacı ilə yararlanan bu şəxs vaxtı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Nərimanov bələdiyyəsinə qarşı Qarabağ qazisinin iddiası üzrə işə cavabdehlə qeyri-prosessual ilişgi sonucunda 6 aydan sonra gizlincə xitam verib. Bakı Apellyasiya Məhkəməsi (sədrlik edən Vidadi Məmmədov ) 05.03.2020 tarixli qərardadla 15.10.2019 tarixli həmin qərardadı ləğv edib və işi Bakı İnzibati Məhkəməsinə qaytarıb. Artıq 19 aydır bu işin özü də Bakı İnzibati Məhkəməsi kimi “yuxuya gedib”. Heç demə, Rüstəm Kərimli Nərimanov bələdiyyəsi qarşısında götürdüyü rüşvət öhdəliyini unutmayıb, bir gözü yuxuya getsə də, o biri oyaqdır, Sabunçu məhkəməsindən Bakı İnzibati Məhkəməsinə ezam olunaraq ləğv edilmiş qərardadı üzrə işə özünü “təsadüfən” hakim təyin etdirib və 19 aydır işi “yatırdır”. Hələ də Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədov “yatmışları oyatmağa razı olmur”. Məsləhətçilər yenə də “oyaq olsalar” da, işi tapa bilmirlər. Rüstəm Kərimli elə gizlətməyib, elə “hakim laylası” ilə yatızdırmayıb” ki, tapsınlar , “yuxudan ayıltsınlar”! Kimsə məhkəmə hüquq sisteminə anlada biləcəkmi hakimin “laylası” yalnız və yalnız “ŞAH QANUN DEYİL , QANUN ŞAHDIR” (NON REX EST LEX, SED LEX EST REX) !

Bakı İnzibati Məhkəməsi 6-cı ildir qəbul etdiyi qərarın icrasını belə təmin etmir. Hakimlər Şərafət Məmmədova və Aygün Abdullayeva beş ildir tələbkarın verdiyi ərizələrə belə baxmaqdan imtina edirlər. Hətta ali dövlət hakimiyyəti orqanları – Prezidentdən, 1-ci vitse Prezidentdən, Milli Məclisdən , Ombudsmandan , PA-dan daxil olan müraciətlər də nəinki məhkəmə sədrlərini, hakimləri , heç ƏN-in adi şöbə müdirini, rəisi “yuxudan ayıltmaq” gücündə deyil. Məsləhətçilər meydan sulayır. Təsəvvür edin, Prezidentdən, baş nazirdən, MM sədrindən məhkəmə qərarının icrasının təmin edilməsi haqqında daxil olan müraciətə hansısa məsləhətçi “baxır”. Elə buna görə də onlarla illərdir dövlətin adından çıxarılan məhkəmə qərarlarının icrası təmin olunmur.

BMT Təhlükəsizlik Şurasının qətnamələrini 30 ilə yaxın könüllü icra etməyən Ermənistanın başına “Dəmir yumruq” dəyəndə 44 günə icraya məcbur edildi. İndi yerli məhkəmə və icra şöbələrinin başına “yumruğu” da tələbkar vurmalıdır? Onda Ədliyyə Nazirliyi, Məhkəmə-Hüquq Şurası, bütövlükdə məhkəmə hüquq sisteminə nə ehtiyac var?"

İddia olunanlarla bağlı Teref.az.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...шаблоны для dle 11.2



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.