Səlim Müslümovun işçisindən kasıb vətəndaşa "işgüzar" təklif - “Deyir, nə alsan, yarısı bizimdir”

5-05-2015, 16:48           
Səlim Müslümovun işçisindən kasıb vətəndaşa "işgüzar" təklif - “Deyir, nə alsan, yarısı bizimdir”
“Baxmayaraq ki, ailəmizdə heç kim işləmir və bütün göstəricilərimiz sosial yardım almağa kifayət edir, bir ildir müraciət etməyimə baxmayaraq, ailəmizə sosial yardım ayırmırlar”.

Bu sözlər Editor.az-ın elektron ünvanına Saatlı rayon sakini Elman Ağayev tərəfindən daxil olan şikayət məktubunda əksini tapıb.

Şikayətçi bildirir ki, ona sosial yardım vermək üçün şərt qoyublar:

“Açıq şəkildə deyirlər ki, sosial yardımı bir şərtlə verə bilərik. Aylıq alacağın məbləğin yarısı bizə çatacaq. Mən buna qəti etiraz edirəm. Ailəmizdə işləyən, təqaüd alan yoxdur. Yeməyə çörək tapmırıq. Niyə o məbləğin yarısını hansısa harınlamış, ehtiyacı olmayan məmura verməliyik. Şikayət etmədiyimiz ünvan, döyməzdiyimiz qapı qalmayıb. Saatlı rayon İcra Hakimiyyətinin başçısı Siracəddin Cabbarova da müraciət etmişik. Hətta bir dəfə qəbulunda da olmuşuq. Bizi boş vədlərlə yola salıb, amma heç bir nəticəsi olmayıb. Ya bizə iş tapmağa kömək etsinlər, ya da sosial yardım ayırsınlar”.

Editor.az şikayətdə əksini tapan məqamlarla bağlı Saatlı rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzindən münasibət öyrənmək istəsə də, onlarla əlaqə yarada bilməyib.

Qarşı tərəfin də mövqeyini dərc edə bilərik...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.