Əgər hələ də Mikayıl Cabbarova kadrları Misir Mərdanovun adamı müəyyən edirsə... - Təhsil Nazirliyində Fərzəli Qədirov qaydaları...
5-05-2015, 18:10
Təhsil naziri Mikayıl Cabbarov “Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulunun tənzimlənməsi barədə” əmr imzalayıb.Əmrə əsasən, “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu Qaydaları” təsdiq edilib.Onu da qeyd etmək yerinə düşər ki,”Qaydalar” bir il əvvəl olduğu kimi nöbbəti dəfə də təsdiq olunarkən “İnsan resursları” şöbəsinin müdiri F Qədirovun təqdimatı əsas götürülüb.
Maraqlıdır ki,”Köhnə qvardiya”nın “lokomativi” hesab olunan, “Mərdanovun sağ əli-Qədirov Fərzəli” imici qazanan bu şəxs “Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması” şöbəsi ləğv olunsa belə yeni komandada yeni şöbədə öz mövqeyini qoruyub saxlaya bilib. Müəllim müsabiqələrinin keçrilməsi ilə əlaqədar pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi əməliyyatlarında “əvəzsiz xidmətləri” sayəsində mətbuatın “ulduzuna” çevrilməsinə baxmayaraq müəllimlərin işə qəbulu və yerdəyişmasi ilə bağlı qaydaları hazırlamaqda və “təkmilləşdirməkdə” davam edir.Doğrudanmı bu adam bu qədər əvəz olunmazdır ki, onsuz nə köhnə, nə də yeni nazirin işi aşmır sualı bu günədək müəmmalı olaraq qalır. Nə isə...
Yeni “Qaydalar”da (əgər bunu yeni adlandırmaq olarsa) ilk diqqətimi çəkən nə oldu? “Ümumi müddəalar” bölməsində “Qaydalar”ı əsaslandırmaq üçün nə az, nə çox səkkiz rəsmi dövlət sənədinə istinad olunub.Hətta,“Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planının təsdiq olunması haqqında” Azərbaycan Respublikası Prezidentinin 05.09.2012-ci il tarixli Sərəncamı da xüsusi vurğulanıb.Eyni zamanda yeni “Qaydalar”a “Qaydaların pozulmasına görə məsuliyyət” başlığı altında xüsusi maddə də salınıb: “4.1. Müəllimlərin işə qəbulu ilə əlaqədar bu Qaydalara riayət edilməsi və kadrlarla iş sahəsində yol verilən nöqsanlara görə müvafiq təhsil orqanlarının və təhsil müəssisələrinin rəhbərləri, habelə müsabiqə komissiyalarının üzvləri qanunvericiliyə müvafiq olaraq məsuliyyət daşıyırlar”.
Maraqlı olduğu qədər də təəccüblü görünən bu hədə və təhdid xarakterlı mesajlar görəsən kimə və nə məqsədlə ünvanlanıb? Qaydalara əsasən müsabiqə iştirakçısının elektron ərizəsinin yoxlanılmasından tutmuş müsabiqənin yekun nəticələrinə qədər bütün prosedurlar bu qaydaların tərtibçısi olan Təhsil Nazirliyinin özü tərəfindən və bu qurumun rəhbərliyi və “ciddi” nəzarəti altında həyata keçirilir. Təhsil müəssisəsinin rəhbəri ilə müəllim arasında əmək müqaviləsi belə məhz Nazirliyin göndərişi əsasında bağlanılır və əmrlə rəsmiləşdirilir.Elə isə, digər müvafiq təhsil orqanları qanunvericiliyə müvafiq olaraq hansı məsuliyyəti və nə üçün daşımalıdıdırlar? Belə də deyiblər qara məni basınca, qoy qaranı mən basım
Bir müddət əvvəl mətbuata ”Müəllimin işə qəbul olunması üçün 70 maddə qoyulub” başlıqlı müsahibəmdə Təhsil Nazirliyinin 21 aprel 2014-cü il tarixli, 445 saylı əmri ilə təsdiq olunmuş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu qaydaları” barədə fikirlərimi bölüşərkən mövcud qaydaların həddən artıq yüklü olması ilə yanaşı onun anti-demokratik, anti-humanist xarakterinə diqqət çəkmışdim. Son dərəcə üzücü olan çoxpilləlı müsabiqə və müsahibələrin, qeyri-şəffaf və qeyri-obyektiv imtahanların, digər həddən artıq radikal tələb və şərtlərin irəli sürülməsinə, bu keçılməz baryerlərə görə ali təhsilli müəllimlərin ışə düzələ bilmədiklərinin, ildə 3000 civarında vakant yerlərin əmələ gəlməsinın, daha konkret desək müəllimlər ışsiz olduğu halda müəllim defisiti yaşanması, işsizlər ordusunun yaranması problemi ilə üzləşməyimizin səbəblərini şərh etməyə çalışmışdım.
Düz, bir il, bir həftənin tamamında “Qaydalar” yenidən dəyişdirildi, artıq neçənci dəfə? Bəri başdan qeyd edim ki, dəyişən formadır, məzmun eyni olaraq qalır. Yenə həmin müsahibələr, həmin müsabiqələr, həmin imtahanlar, həmin prosedurlar, komissiyalalar, protokollar...Deyəsən bir vaxtlar dəbdə olan “formaca milli, məzmunca sosialist” düşüncəsinin təsir dairəsindən hələ çıxa bilməmişık. Bir də ki, səbəblı, səbəbsız dəyişıklik aparmaq, daim “yeniliyə” can atmaq, ışgüzar mühit görüntüsü yaratmaq artıq birinci il deyil ki, Təhsil Nazirliyi sistemində dəbə minərək ənənə halını alıb.
Dəyişiklik nədən ibarətdir? Bir il öncəki, “Qaydalar”dan fərqli olaraq yeni adlandırdığımız qaydalarda ciddi ixtisarlar aparılaraq 70 maddə əvəzinə 41 maddə ilə kifayətlənılib (Heç olmasa,buna görə də olsa sağ olsun düşür.) Bir də ki, yeni “Qydalar”a “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 16.01.2015-ci il tarixli 994 nömrəli Sərəncamına müvafiq müəyyən cüzi əlavələr edilib.Halbuki həmin əlavələr yalnız Bakı məktəblərində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin müəyyən bir qrupuna aiddir.
Əlbəttə, “Qaydalar”ın bütün müddəalarına şərh vermək məqsədindən uzağam. Bununla belə bir cəhət var ki, qayda sözü leksikonumuzda qanun ifadəsi ilə həmahənglik təşkil edir, bir növ qanunlara riayət olunmasını simvolizə edir.Heç də təsadüfi deyil ki, bir çox hallarda qayda-qanun ifadəsı ayrılıqda deyil birlikdə,bütövlükdə ışlədilir, eyni mənaya və mahiyyətə xidmət edir. Bu baxımdan Qaydaların bir neçə maddəsinə diqqət yetirək.
“Qaydalar”ın 2.7.maddəsinə əsasən “Ümumi təhsil müəssisələrinin ibtidai siniflərində müəllimlərin iki sinif komplektində dərs aparmasına yol verilmir”. Elə həmin maddənin ardınca” Zəruri ehtiyac olduqda təhsil müəssisələrinin təqdimatına əsasən ibtidai siniflərdə müəllimlərin iki sinif komplektində dərs aparmasına təhsili idarəetmə orqanı tərəfindən razılıq verilir. Və yaxud, 2.8. maddəsinə əsasən “İbtidai siniflərdə fiziki tərbiyə, musiqi, texnologiya və təsviri incəsənət dərsləri ibtidai sinif müəllimlərinin özləri tərəfindən tədris edilir”.Ardınca: “İbtidai sinif müəllimlərinin yazılı razılığı əsasında həmin dərslərin ixtisas müəllimləri tərəfindən tədrisinə icazə verilir”.
Yenə də:“İbtidai siniflərdə xarici dil və informatika fənləri ixtisaslı kadrlar tərəfindən tədris edilir”.Ardınca: “Kadr olmadığı halda, informatika fənni ibtidai sinif müəllimi tərəfindən tədris oluna bilər”.Elə isə eyni hala bütün vəziyyətlər tətbiq olunursa bunun nəyi qayda oldu.Aydın məsələdir ki, onsuz da müvafiq qaydalara ehtiyac olmadan belə kimsə iki haldan birinə istinad etməklə vəziyyətdən çıxış yolu tapacaqdı.və bu qaydalara qədər də tapırdı.
Müəllimlərin yalnız fakultativ, fərdi və qrup, dərsdənkənar məşğələlər, eləcə də dərnək məşğələləri üçün ayrılmış saatlara işə qəbuluna icazə verilmir. (1.9.); İnzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar işdən kənarlaşdırılmış müəllimlərin pedaqoji işə qaytarılması məsələsinə mövcud qanunvericilik və bu Qaydalar əsasında baxılır. (1.18.); Sosial məzuniyyətdə olan müəllimlərə hər dərs ilinin əvvəlində tarifləşmə cədvəlində həftəlik dərs yükü ayrılır və əmrləşdirilir.( 2.6.) və s. bu kimi bir çox müddəalar təhsilimizin bütün dövrlərinə aid olan hallardır və bunların yeniliklə heç bir əlaqəsi yoxdur.
Ümumiyyətlə götürdükdə “Qaydalar”da neçə maddə olması, bu maddələrin hansı üslubda formalaşdırılması o qədər də önəmli deyil. Bəyənmədiyimiz Sovet dönəmində müəllimin işə qəbul olunması üçün bir qayda var idi, onun təhsili və peşəyə yğun ixtisas sahibi olması. O dönəmdə müəllimi imtahana da çəkməzdilər. Müəllim yalnız beş ildən bir təhsildə baş verən yeniliklərlə tanış edilmək üçün ıxtisasartırma kurslarına cəlb olunardı. Müəllim əmək fəaliyyətinə məzunu olduğu ali təhsil müəssisəsindən “bişmış” halda, hazırlıqlı kadr kimi qədəm qoyardı.
Albert Eynşteyn demişkən məntiq bizi A nöqtəsindən B nöqtəsinə aparmalı olarkən bız xəyalımızın güçünə əsaslnıb başqa istiqamətə niyə getməliyik? Niyə ali təhsilin bütün səviyyələrı üzrə geniş spektlı mütəxəssislər hazırlamağa borclu olan, müqabilində “zay məhsul istehsal edib öz məhsulları” ilə cəmiyyətə problem yaradan unıversitetlərın üzərınə getməyib, zavallı məzunları imtahana cəkirik” Niyə görə Təhsil haqqında Qanuna “Keyfiyyətsiz təhsilə görə vurulan zərərin ödənilməsi” barədə ayrıca maddə saldığımız halda qanunun aliliyinə istinad etmirik?
Təhisilə dair bütün normativ hüquqi aktlarda, o cümlədən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsilin idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması zəruriliyini önə çəkdiyimiz halda bu istiqamətdə köklü və əməli işlər görmək əvəzınə yalnız müvafiq qaydalarda müəllimin deyil, məhz özümüzün mənafeyinə xidmət edən müvafiq dəyişikliklər aparmaqla işimizi bitmiş hesab edirik?
Məsələyə münasibət bildirməkdə məqsədim odur ki, eyni “Qaydalar”ı ildən ilə təzələmək əvəzinə, bir vaxtlar pedaqji təmayüllü 3 ali və bir orta-ixtisas təhsil müəssisəsinin hazırladıqları pedaqoji kadrların işə düzəlmək üçün növbəyə durduqları halda, hazırda 30-yaxın ali və orta-ixtisas təhsili müəssisələrinin “yetışdirdiyi” müəllimlərdən ibarət işsizlər ordusunun yaranması səbəbləri üzərində düşünmək daha artıq səmərə verərdi.Bəlkə, əsas diqqətı hazır müəlimlərə yox, müəllim hazırlığına yönəldək?