Neftçalada qaz çəkmə adı ilə büdcə talanı
6-05-2015, 09:43
Vertikal.az-a daxil olan məlumata görə, Neftçala rayonunun Aşağı Qaramanlı inzibati ərazi dairəsinə daxil olan, ümumilikdə 6500 nəfər adam yaşadığı Astanlı, Qədimkənd, Qaralı, Kürqarabucaq kəndlərində qaz çəkilişi davam edir.
Lakin işin içində “əmma” var. Bunu əməkdaşmızla söhbət edən yerli sakinlər də təsdiq edib.
Qaramanlı kəndində yaşayan Fərəcov Xalid Saday oğlunun söylədiynə görə, ərazi vahidliyinə daxil olan əksər kəndlərə qaz xətləri yerüstü çəkilsə də, Qaramanlı kəndinə çatanda, iş icraçıları dəmir boru çatşmadığını deyərək, kəndin yollarını qazıq-quzuğ edib, evlərə xətti yeraltı çəkiblər. Bu da həddindən ziyada təhlükəlidir.
Sakinlər iddia edir ki, Regönal Qaz İstismar İdarəsinin kəndə yeraltı qaz çəkməsinin səbəbi az vəsaitlə çox iş görməkdir.
Təxmini hesablamalara görə, təkcə Qaramanlı kəndində 1000-ə yaxın fərdi ev var. Qaz xətti yerüstü çəkilsəydi,xətdin altındakı dirəklər (hər 6 metryə 1 metr) düşür üstəlik hər evin önündən (həyət qapısı üstündən keçirməklə) ana borudan mənzilə xətt çəkilməyinə əlavə 10 metr işləncəkdi. Bunu etməməklə diametri 0.06 sm (bazarda rusya istehsalı 1 metri 5 mant ) olan 20 min metr boruya, yəni 100 min manata qənaət edilib.
Bəlkə də bu vəsait ortadan yoxa çıxdığı üçün iş icraçıları belə bir addım atıb.
Üstəlik ortada digər şübhəli məqamlar da var. Qazlaşdırma işində istifadə edilən boruların bəziləri işlənmiş vəziyyətdə olduğu deyilir.
Bundan başqa, faktiki çəkilən yeraltı xətt layihəyə uyğun deyil. Bunu orada çalışan fəhlələr də təsdiq edib.
Yeri gəlmişkən, podratçı təşkilat işə cəlb etdiyi fəhlələrlə əmək müqaviləsi bağlamayıb, onları muzdla işlədir.
Regönal Qaz İstismar İdarəsinin müdiri Xəyyam Rzayev telefona cavab vermədiyindən, baş verənlərə tam aydınlıq gətirmək mümkün olmadı.
Ümid edirik ki, əlaqədar qurumlar Qaramanlı kəndində torpaq altında batırılan həqiqətləri üzə çıxaracaq.