Beyləqanda icra hakimiyyəti önündə üfunətli qurbağa fontanı

6-05-2015, 10:31           
Beyləqanda  icra hakimiyyəti önündə  üfunətli qurbağa fontanı
Beyləqanda mərkəzi parkda yerləşən fəvvarə baxımsızlıqdan üfunət iyi saçır.

Rayonun İcra Hakimiyyətinin binasının qarşısındakı parkda olan və Azərbaycanın ən böyük fəvvarələrindən biri hesab edilən bu fontan bir ildən çoxdur təmizlənmir. TİA.AZ-a şikayət edən yerli sakinlər icra başçısı Vaqif Abdullayevə sual edirlər. Onlar rayonu çapıb talayan başçının hər günə işə gedərkən üfunət iyi verən fəvvarənin yanından keçdiyini və niyə bunu hiss etmədiyini soruşurlar. İcra hakimiyyəti önündə batıb gedən fəvvarənin iyi ətrafa yayılır. Bu barədə rayon sakinləri məlumat veriblər. Onların sözlərinə görə, fəvvarənin suyu uzun müddət dəyişdirilmir. Üfunətli iyi ətrafı bürüyüb. Gecələr qurbağaların səsindən fəvvarənin yaxınlığındakı yaşayış evlərində yatmaq olmur. Fəvvarə fəvvarədən çox qurbağa saxlanılan hovuza oxşayır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru