Sahil Babayevin İmişlidən XƏBƏRİ VARMI? - Nazirin sözü rayonda keçərli deyilmiş...

8-12-2021, 12:12           
Sahil Babayevin İmişlidən XƏBƏRİ VARMI? -
6.11.2021- il tarixində Oxuinfo.az informasiya agentliyində "Sahil Babayev anadangəlmə xəstələrin ovuna çıxıb" sərlövhəli məqalə dərc olunmuşdu. İmişli şəhər R. Bağırov küçəsi 20-saylı ünvanda yaşayan Kaşıyev Muxtar Əlşoqi oğlu müxbirimizə bildirmişdir ki, qardaşı, Kaşiyev Bahadur Əlşoqi oğlu anadangəlmə epilepsiya xəstəsidir. 4-aydır pensiyası kəsilib, dərmanları verilmir.

"Oxuinfo.az informasiya agentliyinə etdiyim müraciətdən sonra mənə TSEK- zəng edib bildirdilər ki, sənədləri hazırlayın və İmişli MRX- də yerləşən tibbi həkim komissiyasına verin. Sənədlərin hazır olmasına baxmayaraq MRX- nın həkimi tibbi komissiyanın üzvü Anar Cəfərov sənədləri qəbul etmədi və bildirdi ki, Bakıda yerləşən xəstəxanaların birindən sənəd almalısan, yoxsa qəbul etməyəcəm. Mən bu vəziyyətdə qardaşımı necə Bakıya aparım".

Odur ki xahiş edirəm dəfələrlə adı rüşvət qalmaqallarında hallanan, vətəndaşlara bürokratik əngəllər törədən Anar Cəfərov barəsində ciddi tədbir görülsün. Sonda ALİ BAŞ KOMANDAN, HÖRMƏTLİ CƏNAB PREZİDENTİMİZDƏN XAHİŞ EDİRƏM Kİ, ÖZ KÖMƏKLİYİNİ BİZDƏN ƏSİRGƏMƏSİN. //oxuinfo.az//













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru