Bu qədər pulun qarşılığında vətəndaş SƏFİL GÜNÜNDƏDİR... - NARAZILIQ VAR!

21-01-2022, 12:06           
Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan ilkin olaraq 2 milyon manat, o cümlədən Astaraçay çayının İran İslam Respublikası ilə sərhəd ərazidən keçən hissəsinin sol sahilində sahilbərkitmə işlərinin aparılması və mövcud mühafizə divarlarının bərpası üçün 1,5 milyon manat, Siyakuçay, Təngərüdçay və Pensərçay çaylarının rayon ərazisindən keçən hissələrinin sağ və sol sahillərində sahilbərkitmə işlərinin aparılması üçün 500 min manat ayrılıb.

Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Astara Rayon İcra Hakimiyyətinə 2,3 milyon manat ayrılıb.

Astara rayonunun Diqo, Dolu və Sekaşan kəndlərinin elektrik enerjisi ilə təchizatını təmin etmək məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 1,5 milyon manat ayrılıb.
Bu qədər pulun qarşılığında vətəndaş SƏFİL GÜNÜNDƏDİR... - NARAZILIQ VAR!
Astara rayonunun Pensərçay çayında sahilbərkitmə işlərinin görülməsi üçün 2019-cu il dövlət büdcəsindən 1 milyon manat ayrılıb.

Astara rayonunun Ərçivan–Artupa–Səncərədi–Alaşa–Züngüləş avtomobil yolunun tikintisi məqsədilə 2019-cu il dövlət büdcəsindən 4,9 milyon manat ayrılıb.

Bütün bunlar toplamda edir 13.700.000 (on üç milyon yeddi yüz min) AZN.

Gördüyünüz kimi, hələ çox uzağa getmədik. Bu Dövlət büdcəsindən Astara rayonu üçün 2018-ci ildən bəri ayrılan məbləğlərdir.



Gördüyünüz bu şəkil isə, yox... Afrikanın yoxsulluqdan əziyyət çəkən hər hansısa bir kəndində deyil, məhz yuxarıda büdcəsini hesabladığımız Astara rayonunun Miki kəndində çəkilib. Şəkildə gördüyünüz xanım isə sözügedən kəndin sakini Hüseynova İlhamə Süleyman qızıdır.



Təqdim etdiyimiz videogörüntülərdə gördüyünüz kimi, xanım bildirir ki, kəndin sakinləri əlbir olub, öz büdcələri ilə ona həyətində bir ev tikiblər. Lakin, işsizlikdən əziyyət çəkən kənd sakinlərinin evi tamamilə tikib, başa gətirməyə maddi imkanları çatmayıb. Xanımın istədiyi, yarım qalmış tikintini bitirib, gələcəyin əsgəri olacaq iki oğul övladı ilə həmin evə yığışmaqdır.

İlhamə xanım onu da bildirir ki, evinin tikilməsinə yardım istəmək üçün müraciət etmədiyi dövlət qurumu qalmayıb. İcra başçısı Qəzənfər Ağayev isə 2012-ci ildən bəri İcra Hakimiyyəti başçısı olduğu rayonun bu kimi problemlərini buvaxta qədər görə bilməməsi təəccüb doğurur.

O boyda rayonda bu boyda problemi görməyən İcra başçısı, eşitdiyimizə görə 2020-ci ildə iş otağında bapbalaca videokamera axtarırmış (hər halda yerli saytlardan birində belə yazılıb). Bu məqsədlə də otağının bütün əşyalarını dəyişdirib, otağı təmir etdirən Qəzənfər müəllim, rayondakı problemləri görüb, aradan qaldırmağa çalışsa, otaqdakı kiçicik "problem" (videokamera) ona qətiyyən zərər verməz deyə düşünürük.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.