Novruz Hacıyev Ağdam əhalisinin Sosial Müdafiəsini korrupsiya vərüşvət üstündə qurub
7-05-2015, 12:34
Məlum olduğu kimi bu gün Dövlət Sosial Müdafiə Fondunun bəzi rayon şöbələrində vəziyyət heç də arzu edilən durumda deyil. O cümlədən DSMF-nin Ağdam rayon şöbəsində bir sıra ciddi nöqsanlar, qanunazidd əməllər mövcud olduğundan sakinlər həm sözügedən idarədən, həm də onun rəhbərindən şikayətlənirlər. Əldə etdiyimiz məlumatlarda qeyd olunur ki, bu şöbənin müdiri Novruz Hacıyev işinin öhdəsindən layiqincə gələ bilmədiyindən rayon sakinləri müavinat alarkən süni əngəllərlə qarşılaşmalı olurlar. Şöbədə vətəndaşların səbəbsiz yerə get-gələ salındığını, əhalinin incidilərək, onlara qarşı rüşvət tələblərinin irəli sürüldüyünü qeyd edən şikayətçilər iddia edirlər ki, artıq Ağdam sakinləri DSMF-nin yerli şöbəsinə olan inamlarını tamamilə itirmək üzrədirlər. Etiraf etmək lazımdır ki, bu gün Azərbaycanda sosial sahəyə dövlət qayğısı hər zaman olduğundan daha çox diqqət mərkəzindədir və illər keçdikcə, bu sahədə daha çox uğur əldə edilir, əhalinin sosial müdafiəsi işi daha da təkmilləşdirilir. Amma mənbələrin iddialarına görə DSMF-nin Ağdam rayon şöbəsinin iş prinsipi tamamilə korrupsiya və rüşvətxorluq üzərində qurulub. Heç bir sənədə və iqtisadi göstəriciyə əsaslanmadan ödənişlərin tətbiq edilməsi, əhaliyə zəhmli məktubların göndərilməsi, cərimə sanksiyalarının tətbiq olunması burada adi haldır. Şöbənin müdiri Novruz Hacıyev isə təqaüdlərin saxta yollarla artırılması kimi maxinasiyaların mahir ustası kimi ad çıxarıb. Şikayətçilərin bildirdiyinə görə, şöbə müdiri özü birbaşa heç kimlə təmasda olmasa da, bu işi onun tabeçiliyində çalışan bəzi şəxslər həyata keçirirlər. Heç şübhəsiz ki, təqaüdlərin bəzi yollarla artırılması qanunazidd əməl, dövlətə vurulan ziyan kimi qiymətləndirilməlidir. Lakin görünür, bu, Novruz Hacıyevi qətiyyən narahat etmir. Artıq təqaüd almaq arzusunda olanlar bu istəklərini çox asanlıqla reallaşdıra bilərlər. Bunun üçün Dövlət Sosial Müdafiə Fondunun Ağdam rayon şöbəsi tərəfindən irəli sürülən «tələb»lərə əməl etmək kifayətdir. Həmçinin məlumatlara görə bu gün Ağdamda hamiləliyə və doğuma, o cümlədən uşağın anadan olmasına görə, birdəfəlik müavinətlərin verilməsində də süründürməçilik hallarına yol verilir. Qəribədir ki, şöbə müdiri müxtəlif maxinasiyalara mütəmadi olaraq imza atsa da, rayon rəhbərliyi tərəfindən ona güldən ağır söz deyilmirQəzetimizin ötən saylarında dərc olunmuş yazılarda Pensiya İslahatı Konsepsiyasının icrası və onun yerinə yetirilməsinin təşkilati-idarəetmə bazasının yaradılması istiqamətində görülən işlərə müəlliflər tərəfindən münasibət bildirilmiş, eləcə də bu sahədə müşahidə olunan müəyyən ləngimələrə yol açan səbəblərə də toxunulmuşdu. Həmin yazılarda belə bir fikir də vurğulanmışdı ki, islahatların uğurla həyata keçməsi bir tərəfdən vətəndaşların icbarı sığorta ödəmələrində özlərinin maraqlı olduqlarını dərk etmələrindən, digər tərəfdən isə DSMF strukturları əməkdaşlarının öz funksiyalarını dəqiq və vicdanlı şəkildə həyata keçirmələrindən bilavasitə asılıdır. Eyni zamanda da qeyd olunmuşdu ki, bu gün hər iki kontingentin təmsilçiləri arasında qanunsuz razılığa gələrək dövlətin sığorta-pensiya sisteminin formalaşmasına ciddi əngəllər törətməkdə davam edənlərə kifayət qədər tez-tez rast gəlinir. Xüsusilə əyalət rayonlarında əhalinin nisbətən az maariflənməsi faktından yararlanaraq bəzi işbazlar və DSMF əməkdaşları şəxsi mənafeyləri naminə icbari sığorta ödənişlərindən kütləvi yayınma hallarına yol verirlər. O cümlədən Ağdamdan aldığımız məlumatlardan da bu qənaətə gəlmək olur ki, rayon sakinlərinə hər zaman böyük problemlər yaşadan Novruz Hacıyevin bu gün DSMF-nin yerli şöbəsinə rəhbərlik etməsi qətiyyən məqsədəuyğun sayıla bilməz. \\ bizimdovr.az \\