Zərdabda "komendant" oyunun arxasında gizlənən mətləblər
8-05-2015, 10:10
Ötən gün xəbər vermişdik ki, Zərdab rayonunda qeyri-rəsmi komendant saatı tətbiq olunub. JAM.AZ-a daxil olan məlumatda vurğulanırdı ki, icra başçısı Lütfəli Babayev, rayon prokuroru və polis rəisi ilə birlikdə mərkəzi küçələrdə reyd keçirərək, gecə saat 22:30-dan sonra açıq olan bütün restoran, kafe, çayxanaları bağlatdırır. Küçədə olanları isə saxlatdıraraq, yalnız səhər cərimə ödəməsi müqabilində buraxırlar.
Bu gün daxil olan yeni məlumatlarda isə vurğulanır ki, zərdabda vəziyyət gərginləşib. Gərginliyə səbəb isə tətbiq olunmuş komendant saatı və sahibkarların məqsədli şəkildə incidilməsidir. Həmçinin bu oyunun arxasında pul yığma kampaniyasının dayanmasının üzə çıxmasıdır.
JAM.AZ-a verilən məlumtda deyilir ki, Lütfəli Babayev kafe və restoran sahiblərini saat 22:30-dan sonra faliyyət göstərdiklərinə görə, iri məbləğdə cərimə etdirir. Əks təqdirdə, bağlatdırdığı həmin obyektlərin açılmayacağı barədə xəbərdar edir. Sahibkarlar da məcburiyyət qarşısında qalaraq, onun dediklərini etməli olurlar.
Maraqlı məqamlardan biri də odur ki, Lütfəli Babayev də digər rayonların rəhbərləri ki, “olimpiada xəracı” yığıdırır. Belə ki, onun büdcə təşkilatlarında çalışanların əmək haqlarının 50 faizini kəsdiyi və bu pulların “xüsusi təlimat əsasında” olimpiada üçün toplandığını bildirir. Etiraz edənlərə isə “Gedin hara istəyirsiz şikayət edib. Mən bu pulu özümüçün yığmıram” deyir.
Rayondan JAM.AZ-a verilən bir başqa məlumatda isə vurğulanır ki, Lütfəli Babayevin bu hərəkəti Zərdab əhalisi tərəfindən qəzəblə qarşılanıb. Elə bu səbəbdəndir ki, icra başçısının hərəkətlərinə etiraz edənlərin sayı durmadan artır. Hətta etiraz aksiyasının keçirilə biləcəyi barədə məlumatlar da dolaşır.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.