Gömrük Komitəsinin milyonçu sədri Səfər Mehdiyevin QARANLIQ ƏMƏLLƏRİ VİDEO

29-04-2022, 08:13           
Gömrük Komitəsinin milyonçu sədri Səfər Mehdiyevin QARANLIQ ƏMƏLLƏRİ  VİDEO
Dövlət Gömrük Komitəsinin sədri Səfər Meydiyevin fəaliyyətindən artan narazılıqlar bir sıra suallara da aydınlıq gətirməkdədir. Gömrük şefinin keçdiyi həyat yolu heçdə onun keçmişdə varlı təbəqənin nümayəndəsi kimi ortaya çıxartmır.

Səfər Məmməd oğlu Mehdiyev 1973-cü il martın 17-də anadan olmuşdur. Əmək fəaliyyətinə 1990-cı ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm kənd kolxozunda başlamışdır.

1999–2004-cü illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük tariflərinin tənzimlənməsi şöbəsinin inspektoru, böyük inspektoru, Gömrük dəyəri şöbəsinin rəisi, həmin Baş İdarənin rəis müavini vəzifələrində çalışmışdır.

2004-dən 2006-cı ilin fevral ayına qədər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, 2006-cı ilin fevral ayından Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsində xidmət etmişdir. 23 aprel 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad edilib.

23 Aprel 2018-ci ildən Azərbaycan Respublikası prezidentinin Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədri vəzifəsinə təyin edilmişdir.

Mehdiyev göründüyü kimi fəaliyyətə adi kolxoz işçisi kimi başlayıb və nehrəmlilərin hakimiyyətdə möhkəmləndiyi illərdə o da özünəməxsus sıçrayışlarla vəzifələrə “layiq” görülüb. Bir çoxları Səfər Mehdiyevin Azərbaycanın Gömrük sisteminə monapolyanı gətirən şəxs – məmur kimi tanıyır. Az sayda insan Mehdiyevin savadlı, əksəriyyət isə ölkənin öndə gedən korrupsioneri kimi xarakterizə edir. Biz yazılarımızda və araşdırmalarımızda Gömrük şefinin fəaliyyəti və biznesi barədə ətraflı məlumat verəcəyik.

Vəzifəyə təyin olunan kimi Səfər Mehdiyevin Gömrük Komitəsindəki kadr dəyişiklikləri ictimaiyyətə Komitədə aparılan islahatın əsas hissəsi kimi təqdim olunsa da, bəzi iqtisadi ekspertlər və iş adamları bunu qəbul etmir, əksinə gömrük sistemində aparılan kadr dəyişikliklərində əsas məqsədin yüksək və strateji vəzifələrin müəyyən bir qrupun əlində cəmləşdirilməsinə hesablandığını qeyd edirlər. Təsadüfi deyil ki, Komitədə qohumbazlıq əsas seçilib və vəzifədə olanların qohumluq əlaqələri Mehdiyevin əsas iş prinsiplərindən biri sayılır. Naxçıvan Muxtar Respublikasının Nehrəm kəndindən olan Gömrük şefi komitəni nehrəmlilərin qazanc yerinə çevirib. Yuxarı vəzifələrdən tutmuş aşağıda işlərə nəzarət belə nehrəmlilərə həvalə edilib. Məhz buna görə Gömrük Komitəsini – Nehrəmlilərin Komitəsi adlandıranlarda var.

Gömrük Komitəsində ən böyük korrupsiya faktların mövcudluğu şübhə doğurmur. Ölkə mediasında verilən məlumatlar da göstərir ki, Dövlət Gömrük Komitəsinin rəhbəri Səfər Mehdiyev, müavin İsmayıl Hüseynov, Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədov, Dövlət Gömrük Komitəsinin Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin rəisi Fərid Əliyev və nə qədər maraqlı olsa da İqtisadiyyat nazirliyi yanında İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi Azər Məmmədov birləşərək böyük və risqli addımlar atırlar.

Təbii ki, bu elə bir sistemdir ki, adları çəkilən şəxslər bu sistemin düz ortasındadırlar və “arı pətəyinin” episentrindədirlər. Loru dildə desək var-dövlətin mərkəzində…

7GÜN TV-yə daxil olan məlumata görə, bu şəxslərin dəstək və köməkliyi ilə ölkəyə milyon manatlarla qiyməti olan mebelləri gətirən sahibkarlara ciddi “güzəşt” edilir.

Əlbətdəki ki, 20 min manata rəsmiləşdirilən bu mebellərin əsl qiymətini “biznesmen” məmurlar yaxşı bilir və sahibkarlarla aralarında məsələni həll edirlər. Olduqca bahalı olan bu mebellərin çox ucuz qiymətə rəsmiləşdirilməsi dövlət büdcəsinə külli miqdarda ziyan vursa da, sözügedən qurumda çalışan rəhbər şəxslərin ciblərinə böyük gəlir gətirir. Daha bir maraqlı nüans isə son aylar ölkə mətbuatının Gömrükdə baş verənlərlə bağlı susqunluq nümayiş etdirməsidir.

2000- ci ildə Bakıda “Ramin” Şadlıq sarıyının yaxınlığında kirayədə qalan Səfər Mehdiyev indi milyonçu məmurlar siyahısında ön yerlərdən birini tutub.

Dövlət Gömrük Komitəsinin sədri təyin edildiyi gündən onun sərvəti ən azı 40 dəfə artıb. Həttə deyilənlərə görə o, sərvətlərinin böyük hissəsini ölkədən kənara çıxarıb. Onun Türkiyədə, Rusiyada, Gürcüstanda çoxlu sayda mülkləri və obyektləri var. Həmin mülklər və obyektlər Səfər Mehdiyeviin yaxın qohumlarının adlarına sənədləşdirib.

Artıq bu barədə yaxarı dairələrdə də lazımi məlumatlar var. Məlumata görə artıq Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevlə bağlı yuxarı dairələrdə müzakirələr aparılır və Gömrük şefinin adı qara siyahıda yer alıb.

Böyük biznes şəbəkəsi yaradan, Dövlət Komitəsini qohumlarının şəxsi obyektinə çevirən, Dövlət büdcəsinə milyonlarla ziyan vuran, sahibkarlararı qanunsuz tələblərinin icrasına məcbur edən, Gömrük sistemində monapolyanı formalaşdıran Səfər Mehdiyevin gizli biznesi və digər qaranlıq əməlləri ilə bağlı növbəti yazıda ətraflı məlumat verəcəyik.

Qarşı tərəfin mövqeyini öyrənməyə hazırıq.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.