Abdin Fərzəliyev qanunsuz tikintiyə niyə göz yumdu? - ŞOK İDDİA (FOTOLAR)

29-04-2022, 08:31           
Abdin Fərzəliyev qanunsuz tikintiyə niyə göz yumdu? - ŞOK İDDİA (FOTOLAR)
Abşeron rayon icra hakimiyyəti başçısı vəzifəsinə Abdin Fərzəliyev təyin edildikdən sonra bu rayonda qanunsuz tikililərə qarşı mübarizə güclənib. Son bir ayda Abşeron icra hakimiyyətinin icazəsiz tikintilərə qarşı gördüyü tədbirlər bəzi dəllaların kürkünə bit salıb. Vəziyyət o yerə çatıb ki, bu dəllallar müxtəlif vasitələrlə Abşeron icra hakimiyyətinə təzyiqlər etmək istəyirlər.

Bununla belə Abşeron ərazisində maklerlərin gizli şəkildə tikinti işləri məşğul olması hələki tam dayanmayıb. Bu maklerlər işlərini tamamlamaq üçün əsasən gecə vaxtlarında gizlin tikinti işləri aparırlar.

Daxil olan məlumatda bildirilir ki, icazəsiz tikinti işləri həyata keçirilən ərazilərdən biridə Masazır qəsəbəsi Hacı Zeynalabdin Tağıyev 15 ünvanında baş verib. Ərazidə yaşayan sakinlər bildirirlər ki, tikintiyə icazə olmamasına baxmayaraq ərazini alan hansısa makler tikinti işlərini gecələr həyata keçirir. Hazırda adı keçən yerdə 10-a yaxın icazə sənədi olmayan ev tikilməkdədir. Sakinlər qeyd edirlər ki, ərazidə tikinti işi aparan şəxslər maklerlərdi və onlar adətən tikib sonra sənəd alırlar.

Bildirilir ki, sənədsiz tikinti işlərindən Masazır icra nümayəndəliyinin xəbəri var. Çünki keçmiş icra başçısının dövründə Masazırda maklerlər tərəfindən aparılan bütün tikinti işlərinin vasitəçisi və himayədarçısı həmişə qəsəbə icra nümayəndəliyi olub. Ona görədə qəsəbə icra nümyəndəliyi Hacı Zeynalabdin Tağıyev 15 ünvanındakı tikinti işlərindən mütləq xəbərdardı.

İnanırıq ki, Abşeron icra hakimiyyəti bir çox maklerlərin gizli şəkildə icazəsiz tikinti işləri aparmaqlarının qarşısını alacaq. Məsələ diqqətimizdədir. (AMİA.az)
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.