"Azər-Türk" Bank müştəridən OĞURLAYIR - "Azər-Türk" Banka ŞOK İTTİHAM!!

29-04-2022, 09:50           
"Azər-Türk" Bank müştəridən OĞURLAYIR -
"Şikayətim "Azer Turk Bank"dandır. Artıq 2-ci dəfədir ödəniş zamanı komissiya yoxdur yazsalar da sonradan balansı mənfiyə salırlar". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Hüseyn Süleyman adlı istifadəçi yazır.


Daha sonra narazı vətəndaş qeyd edir: "Və deyirlər ki, mənfiyə düşən balans mütləq ödənməlidir. Bu bankdan istifadə etməyin, "Kapital Bank"dan sonra ikinci bankdır ki, qəti önərmirəm.


Düşünün, etdiyiniz hansısa ödənişdə sizə komissiyasız olduğu bildirilir və daha sonra sinsicə balansdan pul silirlər və bunu ödəniş tarixçəsində heç bir halda göstərmirlər. Bu bildiyiniz müştəridən oğurluqdur, xəbərsiz, xəbərdarlıqsız hesabdan pul oğurlayırlar...!"

İddia olunanlarla bağlı Teref.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru