Prezident İlham Əliyevə müraciət: "DGK-nin H.Əliyev adına Hava Limanındakı gömrük əməkdaşları tamah məqsədi ilə vəzifələrindən sui istifadə edərək mənim əmlakımı ələ keçirmişlər."

29-04-2022, 12:14           
Prezident İlham Əliyevə müraciət:
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevə
Azərbaycan Respublikası Gömrük Komitəsinin
sədri
cənab Səfər Mehdiyevə
Azərbaycan Respublikasının Baş Prokuroru
cənab Kamran Əliyevə
AR Baş Prokurorunun birinci müavini
cənab Elçin Məmmədova
Azərbaycan Respublikası Gömrük Komitəsinin
Sədrinin birinci müavini
cənab İsmayıl Hüseynova
Azərbaycan Respublikası Gömrük Komitəsinin sədr müavini
cənab Əsgər Abdullayevə
şikayətçi: Babayev Baba Səyyad oğlu
ŞİKAYƏT
(H.Əliyev adına Beynəlxalq Hava Limanının Gömrük İdarəsinin əməkdaşlarının qanunsuz hərəkətlərindən)
27 aprel 2022-ci il tarixdə Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərindən Gürcüstanın paytaxtı Tbilisi şəhərinə Bakı şəhəri vasitəsilə tranzit uçarkən H.Əliyev adına Beynəlxalq Hava Limanında tranzit üçün yoxlanışdan keçərkən məni saxladılar. Əl yükümü və məni gömrük işçiləri güc tətbiq etməklə ölkə ərazisinə gətirdilər. Mən və DSX-nin əməkdaşı onlara bildirsək də ki, mən tranzitəm, onlar hətta sərhədçiyə də “sən qələtini elə, rəhbərlik belə göstəriş verib” dedilər.
Beləliklə Tibilisiyə apardığım 18 ədəd, 9 ədədi İPHONE 13 PRO, 9 ədədi İPHONE 13 PRO MAX, 14 ədəd qol saatı, 7 ədədi Amazing GT pro, 7 ədədi Amazing GT 3 olmaqla məndən qanunsuz olaraq alındı. Və hal -hazırda adı çəkilən aeroportun ambarında saxlanılır.
Şikayətə əlavə edilmiş ETKT 771242029247903 saylı təyyarəyə minik talonunun surətindən görünür ki, həmin günü J212 saylı aviareyslə H.Əliyev adına Beynəlxalq Hava Limanına uçmuşam.
Həmçinin şikayətə əlavə edilmiş 0771J2635502 saylı yükün təhvil alınması barədə sənəddən görünür ki, Dubayda təhvil verilmiş yükün Tbilisidə alınması qeyd edilib.
ETKT 771242029247903 saylı təyyarəyə minik talonunundan görünür ki, Bakıdan Tbilisiyə uçacaq J29225 saylı uçuşla mən Tbilisiyə uçmalı idim.
Həmçinin xahiş edirəm ki, 27 aprel 2022-ci il tarixdə saat 16:00-dan saat 18:00-adək olan müşahidə kameralarının lent yazılarının alınmasını tələb edirəm. O zaman açıq-aşkar görünəcək ki, DGK əməkdaşları məni necə öz iradəm əleyhinə, fiziki və psixoloji təzyiqlərlə tranzit ərazidən aparır və məni məcburi olaraq ölkəyə giriş etdirir.
Göründüyü kimi DGK-nin H.Əliyev adına Hava Limanındakı gömrük əməkdaşları tamah məqsədi ilə vəzifələrindən sui istifadə edərək mənim əmlakımı ələ keçirmişlər.
Xahiş edirəm ki, mülkiyyətim olan həmin malların dərhal mənə verilməsi və Tbilisiyə aparmağıma şərait yaradılmasına göstəriş verəsiniz və öz vəzifə səlahiyyətlərini aşan, vəzifə səlahiyyətlərindən sui istifadə edən DGK əməkdaşları barədə cinayət işinin başlanılmasına göstəriş verəsiniz.
Hörmətlə,
Babayev Baba Səyyad oğlu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.