Xırdalan bələdiyyəsində sakinlərin ev sahəsini saxtalaşdırıb pul qazanmaq istəyirlər - Orxan adında... ŞİKAYƏT

30-04-2022, 15:29           
Xırdalan bələdiyyəsində sakinlərin ev sahəsini saxtalaşdırıb pul qazanmaq istəyirlər - Orxan adında... ŞİKAYƏT
Teref.az xəbər verir ki, reportyer.info saytının baş redaktoru Arifə Əliyeva üzləşçdiyi haqsızlıq barədə sosial şəbəkədə paylaşım edib. Xırdalan bələdiyyəsinin saxtakarlığından bəhs edən Arifə xanım yazır:
"Xırdalan bələdiyyəsi seçkidə tumandan çıxan bülletenlərlə başıpozuq bir dəstədən formalaşıb. Deyim indi niyə. Xüsusən də Xırdalan bələdiyyəsinin Orxan adlı nümayəndəsi qapı-qapı düşüb camaata xox gəlir, pul tələb edir, adını da qoyub əmlak vergisi... Prokurorluq bir araşdırsın, baxaq yığdıqları kimin cibinə gedir.
Deməli, bu Orxan adlı bələdiyyə "moşşennik"i mənə xəbərdarlıq gətirib. Guya əmlak vergisi verməsəm əlavə 40 manat sanksiya və məhkəmə icraçılarına 7 faiz çatacaq, ümumi 75 manat edir. Əvvəla, bu parabeyin yığını görün nə qədər qudurub ki, mənzilimin kvadratını 80 kv yazıb. Bu rəqəmi özlərindən çıxarıblar, faktiki sənəddə 48 kv metrdi. Ona görə olsa-olsa 2 il ərzində 10-15 manat borcum ola bilər. Amma bu da mümkün deyil. Çünki sakinlər olaraq hamımız MTK-ya aylıq kommunal ödəniş edirik. Yəni bu səlahiyyətə MTK-lar sahibləndiyi üçün onlara veririk, əlavə bələdiyyəyə əmlak vergisi vermirik. "
Bunları yazan Arifə xanım sonra aşağıdakı fikirini əlavə edib:
"Ancaq yenə də cəhənnəm, 10 manat it aparan olsun, sadəcə, Xırdalan bələdiyyəsi və baş dələdiz kassiri Orxan həm mənzilimin kvadratını saxtalaşdırıb, həm bildirişlə hədələyir. Qara maskalılar bir də Abşeron rayonuna gəlsinlər, deyəsən, bələdiyyədən çox şey çıxacaq..."
Teref.az olaraq qarşı tərəfdən cavab gözləyirik və dərc edəcəyimizə söz veririk!
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.