Beyləqan QAİ-sində nə baş verir…. - Kim gündə bir içkili sürücü gətirməsə, ərizəsini yazsın…

24-05-2022, 08:43           
Beyləqan QAİ-sində  nə baş verir…. -
60 manat dövlət büdcəsinə, 300 manat Azad Məmmədovun cibinə…

Biz Gündəlik-Bakı olaraq illər öncə yazdıq ki, avtoqəzalarda ölənlərimiz Qarabağ müharibəsində ölənlərdən dəfələrlə çoxdur.
Hətta illər öncə Gündəlik-Bakıda “Bu yollar bizi hara aparır: mənzil başına, yoxsa qəbristanlığa “ başlıqlı yazı da dərc etdik.
Bəli, bir neçə gün öncə Beynəlxalq qurumların apardığı monitorinqə baxanda dəhşətə gəldik.
Azərbaycan avtoqəzalardan ölənlərin sayına görə, dünyada ilk yerdə gedir.
Biz bunu bir media olaraq illər öncə yazdıq. Amma zaman bizim dediklərimizi təsdiq elədi.
Bəs görəsən bunların səbəbi nədir..?
Təkcə yolların keyfiyyətimi ..?
Təkcə sürücülərin qeyri-peşəkar olmasımı..?
Yəni bu problemə sistemli yanaşmaq lazımdır.
Ümumiyyətlə, Dövlət Yol Polisi məsələsi zaman-zaman ölkə mediasının gündəmini zəbt edib.
Yəqin yaşlı oxucuların yadında olar ki, vaxtilə Ulu Öndər bu məsələyə görə müşavirədə çox kəskin çıxış elədi və bildirdi ki, sürücüləri heç bir səbəb olmadan saxlamayın...
Bir neçə il sonra mediada “Nuşirəvan və bayquşlar..” söhbəti çıxdı.
Söhbət dahi Nizami Gəncəvinin Nuşirəvanından deyil, Bakı şəhər QAİ-sindən gedirdi...
Yəni bu problem 30 ildir ki, acı bağırsaq kimi uzanır və bitmək bilmir...
Daha sonra Milli Məclisdə DANA söhbəti ortaya çıxdı.
Bəli, Milli Məclisin üzvlərindən biri, daha doğrusu, deputat Eldar İbrahimov, parlamentin tribunasından “bir dana yol polisi məni saxlayıb, deputat vəsiqəmə baxır...” sözlərini dedi.
Sözümüzün canı odur ki, yol polisi ilə bağlı problem bitib-tükənmək bilmir.
Tam səmimi deyək ki, problemi tam olaraq yol polisinin də üzərinə atmaq olmaz. Amma...
Əmması odur ki, yol polisi ilə bağlı şikayətlər bitib tükənmək bilmir.
Belə yol polislərindən biri də Beyləqan Dövlət Yol Polisinin rəisi Azad Məmmədovdur.
Bəli, bu adam bir neçə il əvvəl Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin rəisi idi və...nə baş verdisə bir gecədə getdi.
Bu adamın kimin qohumu olması rəhbərliyə bəlli idi.
Belə ki, Azad Məmmədov ozamankı nazir, yəni Müdafiə Sənayesi naziri Yavər Camalovun xalası oğlu idi.
Yəni Azad Məmmədov məhz mərhum Yavər Camalovun hesabına Sumqayıt şəhər QAİ-sinin rəisi olmuşdu.
Onun yol verdiyi cinayətini də məhz Yavər müəllimə görə bağışladılar və onu Beyləqana rəis göndərdilər.
Başqa birisi olsaydı yəqini ki, hazırda həbsxanada olardı.
Sözün qısası, mərhum Yavər Camalovun ölümündən sonra Azad Məmmədov o biri xalası oğlu, yəni Mərdan Camalovun çətirinə sığındı.
Söhbətin Şirvanın keçmiş, Zərdabın indiki icra başçısı Mərdan Camalovdan getdiyi yəqin ki, bəlli oldu.
Əslində DİN rəhbərliyi Azad Məmmədova hörmət edərək onu Beyləqana rəis təyin etdilər.
Əslində bu adam həbsdən necə canını qurtardı ?
Görəsən nə baş vermişdi ki, Azad Məmmədov hansı cinayətə yol vermişdi ki, bir gecədə bu olaylar baş verdi..?
Bu suallar hələ də açıq olaraq qalır...
Bəli, hazırda Beyləqanda Yol Polisinin rəisi olan Azad Məmmədov tabeçiliyindəki yol patrul xidməti inspektorlarından hər ay konkret “summa” tələb edir.
Təsəvvür edirsiniz, Azad Məmmədovun Beyləqanda QAİ rəis olduğu vaxtda qəzada ölənlərin sayı dəfələrlə artıb və buna görə, Azad Məmmədova yumorla qəzalar kralı deyirlər.
Beyləqanda içkili tutulan hər bir sürücünün avtomobili dayanacağa qoyulur və 60 manat cərimə yazılır. Ancaq içkili tutulan şəxslərin hər birindən 400 manat pul alınır.
Yəni 60 manat dövlət büdcəsinə, təxminən 300 manat isə Azad Məmmədovun cibinə gedir.
Hələ bu harasıdır ?
Mərdan Camalovun xalası oğlu deyib ki, kim gündə 1 içkili sürücü gətirməsə,......ərizəsini yazsın.
Bəli, xala oğlanlarından biri Mərdan Camalov Zərdabı, o biri xala oğlu Azad Məmmədov beyləqanı sökməklə məşğuldur..
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
P.S. Bu cür rəislərin hərəkətləri cənab nazirin gördüyü işlərə kölgə salır.
Teref.az olaraq məqalədə qeyd olunan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.