Nazir Muxtar Babayev hara baxır ?- Ekologiya nazirinin müavini Vüqar Kərimovun meşə mafiyası….

26-05-2022, 07:55           
Nazir Muxtar Babayev hara baxır ?-
Sabirabad meşələrinin qənimi Vüsal Talıbov….

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev və onun müavini Vüqar Kərimovun meşələrə qənim kəsilməsi barədə dəfələrlə yazmışıq.
Ümumiyyətlə, meşələrin Vüqar Kərimovun “kuratsiyasına” verilməsi, təbiətimiz üçün faciədir.
Vüqar Kərimov heç bir təhsili olmayan şəxsləri meşəbəyi, mühəndis təyin edir, ağacların satışını onlara həvalə edir, bir sözlə, meşələrin qırılması hesabına milyonlar qazanır.
Nazir müavini Vüqar Kərimovun əsas kadrlarından biri də Sabirabad Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Vüsal Talıbovdur.
Sabirabad Regional Meşə Təsərrüfatı Mərkəzinin nəzarətində olan dövlət meşə fondu vətəndaşlara əkin sahəsi kimi istifadəyə verilir, kənd təsərrüfatı bitkiləri və yonca əkmək üçün satılır.
Təsəvvür edirsiniz, meşənin ərazisi ayrı-ayrı şəxslərə əkin yeri kimi satılır.
Bəli, nazir müavini Vüqar Kərimovun yaratdığı “meşə mafiyası” Sabirabadda da meşələri məhv etməklə məşğuldur.
Vüsal Talıbov meşələrdə əkilən hər hektar yonca və digər yem bitkilərinə görə, sahibkarlardan konkret məbləğdə pul alır.
Sabirabad Regional Meşə Təsərrüfatı Mərkəzi rayondakı ağacların, yaşıllığın məhv edilməsində davam edir.
Rayonda yaşayanlar gözəl bilir ki, Sabirabad Regional Meşə Təsərrüfatı Mərkəzinın direktoru Vüsal Talıbov olsa da, müəssisəni baş meşəbəyi Yusif Məmmədov idarə edir.
Bəli, Vüsal Talıbov bütün ixtiyarı Yusif Məmmədova verib.
Bunun da ciddi səbəbləri var. Çünki Vüsal Talıbovun meşə sahəsindən, ümumiyyətlə, anlayışı yoxdur.
Və Vüsal Talıbovun naşılığından istifadə edən Yusif Məmmədov Sabirabad Regional Meşə Təsərrüfatı Mərkəzinin müxtəlif meşəbəyliklərində olan dövlət meşə fondu torpaqlarını kənd təsərrüfatı bitkilərini əkmək məqsədilə ayri-ayrı vətəndaşlara qeyri-qanuni yolla satıblar.
Deməli, Vüsal Talıbov vətəndaşlardan pul almaq üçün dövlət meşə fondu torpaqlarından qeyri-qanuni yolla istifadə edən vətəndaşlardan bir neçəsinin üzərinə "pul qoparmaq" məqsədilə akt yazılıb.
Vüqar Kərimov Sabirabad meşələrində aparılan audit yoxlamalarını hətta nazirdən gizlədir.
Baxmayaraq ki, Sabirabad Regional Meşə Təsərrüfatı Mərkəzində aparılan yoxlamalarda xeyli qanun pozuntuları, hətta cinayət əməlləri ortaya çıxmışdır.
Ümid edirik ki, bütün bu qanun pozuntuları və digər əməllər cəzasız qalmayacaq.
Vüqar Kərimov və onun Vüsal Talıbov kimi cinayətkar dəstəsi elədiyi cinayətlərə görə qanun qarşısında cavab verməli olacaqlar.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

gundelik baki.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.