Vətəndaş Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən Prezidentə şikayət etdi:"qanunsuz hərəkət barədə göstərişi "general" Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Mehman Sadıqov

26-05-2022, 11:54           
Vətəndaş Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən Prezidentə şikayət etdi:"qanunsuz hərəkət barədə göstərişi "general" Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Mehman Sadıqov
Teref.az yazır ki, məçhur vəkil Elçin Sadıxov Hava Nəqliyyatında Baş Gömrük İdarəsində baş verən qanusuzlula bağlı vətəndaş Mərdanov Vüsalın şikayətini sosial şəbəkədə paylaşıb. Şikayəti təqdim edirrik:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya
Azərbaycan Respublikası Prezidentinin Hüquq-Mühafizə orqanları ilə iş üzrə köməkçisi, şöbə müdiri cənab Fuad Ələsgərova
Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevə
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri cənab Səfər Mehdiyevə
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinin birinci müavini cənab İsmayıl Hüseynova
Azərbaycan Respublikasının İnsan Hüquqları Müvəkkili
Səbinə xanım Əliyevaya
Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi
Cənab Nazim Rəcəbova
Şikayətçi: Mərdanov Vüsal
AÇIQ ŞİKAYƏT
27 aprel 2022-ci il tarixdə Dubaydan Bakıya gələrkən 04 aprel 2022-ci il tarixdə aktivləşdirilərək istifadəmdə olan, 04 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikasında rüsumunu ödəyərək qeydiyyatdan keçirdiyim Iphone 13 Pro Max markalı, 350019043447362 imei kodlu telefonu Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları qanunsuz olaraq əlimdən aldılar, və bu barədə qanunsuz akt tərtib edərək şəxsi telefonumu anbara qoydular. Bildirdilər ki, bu qanunsuz hərəkət barədə göstərişi general (əslində polkovnik olan, ancaq özünə general deyə müraciət etdirən) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Mehman Sadıqov verib.
Baş vermiş qanunsuz hərəkətlə bağlı dəfələrlə müraciət etsəm də, mənə bildirirlər ki, bir aydan az istifadə olunan əşya şəxsi əşya hesab edilə bilməz.
Gömrük əməkdaşlarının bu beyin düşüncəsinin necə formalaşdığını deyə bilmərəm. Ancaq insanların şəxsi istifadəsində olan əşyalardan gömrük rüsumu tutula bilməz.
Belə ki, “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın təsdiq edilməsi barədə AR Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli, 305 saylı qərarı ilə təsdiq edilmiş Qaydalarının 1.3.7. və 1.5. bəndlərinə əsasən şəxsi istifadədə olan əşyalara gömrük rüsumunun alınması qadağan oldunduğu halda, gömrük əməkdaşları Mehman Sadıqovun göstərişi ilə H.Əliyev adına Hava Limanında insanları talamaqla məşğuldurlar.
Xahiş edirəm ki, mənim mobil telefonumun qaytarılmasına, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi polkovnik (özünə general dedirtdirən) Mehman Sadıqovun fəaliyyətinin araşdırılmasına göstəriş verəsiniz.
Hörmətlə,
Vüsal Mərdanov
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.