“Yeni Bakı”da komendantlıq kameraları sındırır, sayğaclara müdaxilə olunur, elektrik xətti kəsilir — VİDEO

30-05-2022, 00:05           
“Yeni Bakı”da komendantlıq kameraları sındırır, sayğaclara müdaxilə olunur, elektrik xətti kəsilir — VİDEO
“Yeni Bakı” Yaşayış Kompleksinin komendantlığı müntəzəm olaraq sakinlərə qarşı qanunazidd hərəkətlərə yol verir.

Demokrat.az-ın məlumatına görə, komendantlıq sakinlərdən aylıq ödəniş tələb edir. Ödəniş verilmədikdə isə sayğaclara müdaxilə edir və elektrik xəttini kəsir.
Bütün bunlardan cana gələn sakinlər öz vəsaitləri hesabına görüntü kameraları quraşdırıblar. Lakin bundan sonra qanunazidd əməlllərin görüntülənməsinin qarşısını almaq üçün komendantlığın əməkdaşları sakinlərin əmlakına ciddi zərər vurub və quraşdırılan kameraları tamamilə qırıb.

Qeyd edək ki, sakinlər sübutlarla bir yerdə Abşeron Rayon Polis İdarəsinə şikayət ediblər.

Sözügedən görüntüləri təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru