Bakı İnzibati Məhkəməsindən ağlasığmaz özbaşınalıq - Hakim Orxan Həsənov DİN -in adını cavabdehlikdən çıxarıb

30-05-2022, 09:33           
Bakı İnzibati Məhkəməsindən ağlasığmaz özbaşınalıq -
DİN Daxili Qoşunlarının və Maliyyə Plan İdarəsinin xidmətimi, pensiyamı qanunvericiliyin tələblərinə uyğun düzgün hesablamamasına , illərdir məhkəmə təminatı hüququma qadağa qoymasına, Prezidentə müraciət etdiyimə görə məndən -1-ci dərəcəli Qarabağ qazisindən 30 milyon tələb etməsinə hüquqi qiymət verilməsinə inzibati qaydada nail olmağa yol verilmir . İllərdir hərbi prokurorluq Daxili Qoşunlarla qeyri-prosessual münasibətə girərək özbaşınalığa ortaq olur. Təsəvvür edin, 1978-ci ildən leytenant zabit rütbəsi daşıyan şəxsin 13 il sonra -1991-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit rütbəsində xidmət etmədiyi bildirilir və hərbi prokurorluq da bu “girdirmə bildirmə”ni Konstitusiya aktı kimi doğrulayır ! (?) Qısaca onu vurğulayaq ki, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş hərbi pensiyaçılar iki dövlət qurumunun arasında qalıb : ƏƏSMN tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı və hərbi güc orqanları. Pensiyaçısı olduğumuz hərbi qurum(lar) ƏƏSMN tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialını nişan verir, Filial da əksini. Məhkəməyə üz tutanda isə …
28.04.2022-ci ildə Bakı İnzibati Məhkəməsində, 3-cü şəxs Maliyyə Nazirliyi olmaqla , cavabdehlər Daxili İşlər Nazirliyi və ƏƏSMN tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın qanunvericiliyin tələblərinə uyğun hesablanması, məhkəmə təminatı hüququna qadağanın aradan qaldırılması, Prezidentə müraciətə görə 30 milyon manat tələb edilməsinə hüquqi qiymət verilməsi və dəyən maddi-mənəvi ziyanın ödənilməsi” tələbi ilə iddia qaldırdım. İşin BŞİH-ə qarşı iddiam üzrə 6 aydır süründürməçilik edən və 2 günə qəbul etməli olduğu aktı hələ də verməyən hakim Orxan Həsənovun icraatına verildiyini biləndə, İPM-in 18 ,19 -cu maddələri əsasında hakimə etiraz etdim. Etirazıma cavab hələ də yoxdur, amma 25.05.2022-ci ildə aldığım bildirişlə 20.06.2022 tarixli mümkünlük iclasına çağırılmağımdan, sözün gerçək anlamında, sarsıntı keçirdim: HAKİM ORXAN HƏSƏNOV DİN-İN ADINI CAVABDEHLİKDƏN ÇIXARIB! (?) Bildirişdə 3-cü şəxs Maliyyə Nazirliyinin adının olmamasını məhkəmənin səlahiyyətlərinə aid etmək olar, amma cavabdeh kimi yalnız ƏƏSMN tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının yazılması anlaşılan, qanılan deyil. Eləcə də iddia tələbinin “pulun ödənilməsi və s.” kimi göstərilməsi də məhkəmənin obyektivliyini, qərəzsizliyini şübhə altına alır.
İndiyədək DİN-in Vəkillər Kollegiyasındakı (və tərsinə, Vəkillər Kollegiyasının DİN-dəki) muzdlu “səlahiyyətli nümayəndəsi və vəkili” Əlirza Həbilov məhkəmələrlə qeyri-prosessual münasibətə girərək iddianı mümkün saydırmırdısa, indi bəri başdan məhkəmə özü DİN -in səlahiyyətli nümayəndəsi və vəkili rolunda çıxış edib, cavabdehlikdən çıxarıb! (?) Belə özbaşına məhkəmə təminatı “hüququ” ilə məhkəmədən nəsə gözləməyə dəyər?
Məğrur Bədəlsoy














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.