"Bolt" taksi xidmətində fırıldağın yeni metodunu tapıblar - Sürücülər şirkəti saymır və müştəriləri təhqir edirlər - FAKT

30-05-2022, 14:57           
"Bolt" taksi xidmətində fırıldağın yeni metodunu tapıblar -
Teref.az yazır ki, "Bolt" taksi xidmətindən şikayətlər bitib tükənmir. Artıq şirkət sürücülərinə nəzarət belə edə bilmir. Sürücülərin tələbi ilə şirkətin operatorunun tələbi üst üstə düşmür və sürücülərin müştıriyə qarşı qabalığı həddini aşır. Belə hadisələrin biri jurnalist həmkarımız İlahə Vəliyevanın başına gəlib. İlahə xanım başına gələnləri belə nəql edir:
"Bu andan telefonumdan Bolt tətbiqini silirəm və bir də heç bir zaman istifadə etməməyə özümə söz verirəm.... Bu gün Sumqayıtdan Abşeron Gənclər Şəhərciyinə gəlmək üçün sifariş verdim 5.37 manat etdi gediş haqqı. Ünvana çatdım 99 OU 926 nömrəli mindiyim maşının Bəhruz adlı sürücü deyir 8:74 eliyir. Deyirəm qardaş niyə? deyir bolt hava yolunu ölçür, maşın yolu ilə 9 manat edir və bunu öz telefonunda da mənə göstərir.

Mən də öz telefonumda sifarişimin məbləğini sürücüyə göstərirəm və deyirəm ki qardaş 5, 37 manat edir amma mən sizə 6 manat vermişəm üstündə 1 manatda verirəm olur 7 manat amma mən 9 manat verməyəcəm sizə. O əlavə pulu da siz xərcə düşməyəsiz deyə verirəm. Sürücü başladı hay küy salmağa. Gördü mən ona baş qoşmuram başladı qarğış etməyə. Maşında Aylin və Fərhad var və mənə deyir ki, heç evinə sağ salamat qayıtmayasız!!! dedim siz mənə və uşaqlarıma qarğış edirsiz utanmırsız???!!!! Uşaqların yanında bizə söyə-söyə sürüb getdi.... Bu şirkətin bu özbaşınalığı nə deməkdi axı!!!. Mən nə qədər sifariş etmişəm onu da ödəməliyəm sən yolunu dəyişmisən mənə nə... 1 saatdı əlaqə nömrəsi axtarıram heç yerdə yoxdu. Bu fırıldaqçılığın yeni metodudu!!!"
Teref.az olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.