Ekologiya nazirliyində nələr baş verir..? “Yaşıl terror”dan sonra kadr "islahatı" davam edir…

4-06-2022, 08:07           
Ekologiya nazirliyində nələr baş verir..? “Yaşıl terror”dan sonra kadr "islahatı" davam edir…
Cənab Muxrat Babayev, Fəlsəfə hara, Ekologiya hara?

Mirsalam Qənbərovun ekspert imzası ilə sağlam ağaclar məhv edilir

Sözün düzü, bu gün yazacağım mövzu ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirlıiyinin stukturuna baxanda dəhşətə gəldim.
Söhbət nazirliyin rayon, yerli, regional qurumlarından getmir ee...
Söhbət heç nazirliyin əməkdaşlarının sayından, şöbələrdən də getmir ...
Bu nazirliyin mərkəzi aparatının siyahısına baxanda adam söz tapmır.
Nazirin neçə müavini, neşə müşaviri olar, nazirliyin tərkibində hansı qurumlar yoxdur..?
Deməli, dövlət bu nazirliyin təkcə mərkəzi aparatını saxlamağa hər ay, hər il neçə milyonlar xərcləyir.
Söhbət təkcə mərkəzi aparatdan gedir.
Görəsən, dövlətin verdiyi bu 100 milyonların qarşısında Ekologiya Nazirliyi təbiətimizi qorumaq üçün nə iş görür..?
İş görməyi bir kənara. Meşələrimizi mebel mafiyasına satıb məhv edirlər.
Bircə faktı üstü örtülü qeyd edim ki, müxalifət liderlərindən biri neçə ildir meşələrimizin ən sağlam ağaclarını QUNDAQ üçün Türkiyəyə aparıb satıb.
Bəli, bütün bunlar hamısı sabiq nazir Hüseynqulu Bağırovun dövründə baş verib.
Və islahat-reforma adı ilə Muxtar Babayev nazir təyin olunanda cəmiyyətimiz düşündü ki, bəlkə meşələrdə yaşıl terrora son qoyula. Amma ortada müsbət nəticə yoxdur.
Ən dəhşətlisi odur ki, bu məmurların kabinetlərində Ulu Öndərin portreti və onun məşhur sözü asılıb:
Bir ağacın budağı kəsiləndə elə bil qolumu kəsirlər.
Amma Ulu Öndər Sumqayıtdakı müşavirədə daha sərt sözlər deyib:
Bu ağacları kəsənlər elə bil balamın başını kəsirlər.
Bundan artıq nə demək olardı.
Bu gün də təbiətimizə qarşı olan terror davam edir.
Bir dəfə yazmışdıq, bir daha qeyd edək ki, erməni vandalların işğal olunmuş rayonlarda təbiətimizə vurduğu ziyanla bizim bəzi məmurlarımızın vurduğu ziyan eynidir. Ermənini haradasa başa düşmək olar, düşməndir. Bəs bizim öz məmurlarımız..?
Son illər nazirlikdə baş verən KADR dəyişikliyinə aydınlıq gətirmək üçün Muxtar Babayevin ömür yoluna qısa nəzər salaq.
Cənab nazir 1991-ci ildə Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin politologiya ixtisasını bitirib. 1994-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Xarici iqtisadi əlaqələr ixtisasını bitirib.
Birincisi, fəlsəfənin ekologiyaya nə dəxli var, ay Muxtar Babayev..?
İkincisi, siz 1991-ci ildə MDU-ni bitirmisinizsə, 3 il sonra “Narxoz”u necə bitirə bilərdiniz..?
“Narxoz”da məgər təhsil müddəti 3 ildir..?
Nə isə bunları da qoyaq bir kənara.
Deməli, cənab nazir 2 çağırış Milli Məclisin üzvü olub.
Sözün qısası, filosof, politoloq Muxtar Babayev 1994–2003-cü illərdə SOCAR-ın Xarici İqtisadi Əlaqələr İdarəsində, 2003–2007-ci illərdə SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində çalışıb. 2007–2010-cu illərdə SOCAR-ın Ekologiya üzrə vitse-prezidenti vəzifəsində işləyib. 2010–2018-ci illərdə SOCAR-ın "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri vəzifəsində çalışıb.
İndi gələk mətləb üstünə.
Bəli, bu adamın özünü ekologiyaya-zada dəxli yoxdur. Bu azmış kimi hörmətli Muxtar Babayev SOCAR-da, Azərkimya-da çalışdığı dostlarını, tanışlarını gətirib doldurub Ekologiya nazirliyinə.
Bu adama bir deyən yoxdur ki, sənin dost-tanışların hamısı qeyri-peşəkar, ekologiyaya aid olmayan şəxslərdir.
Axı, bu adamların ekologiya elmindən heç başları çıxmır.
Amma kimə deyirsən..?
Muxtar Babayev yaş həddi ilə bağlı nazirlikdə uzun illər çalışan, təcrübəli, peşəkar kadrları çıxardıb, kimyaçıları, “neftyannik”ləri ekoloq kimi nazirliyə rəhbər vəzifələrə götürür.
Yəni nazirlikdə təkcə yaşıl terror deyil, həm də sanki kadr "islahatı" da baş verir.
Unutmamalıyıq ki, bir peşəkar kadrın hazırlanması üçün uzun illər lazım olur.
Nə isə bütün bunlar azmış kimi, cənab nazir Muxtar Babayevin çətiri altında nazirliyin Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərovun bir imzası ilə ağaclar məhv edilir.
Bəli, Mirsalam (iraq Seyidliyindən) müəllimin rəyi ilə ağacları budamaq adı altında "qırxaraq" 2 metr saxlayırlar, sonra süni şəkildə qurudaraq çıxarıb yerində müxtəlif obyektlər tikirlər. Yəni sadə dildə desək, Mirsalam müəllimin ekoloji ekspertizası ağacların kəsilməsi ilə bağlı saxta rəy verir.
Bu adama deyən yoxdur ki, özün də seyid nəslindənsən, bəs Ulu Öndərin dedikləri sənə dərs olmur..?
Bəli, beləcə Ekologiya nazirliyinin Ekspertiza Agentliyi ilə Yaşıllaşdıma Birliyi arasında ikili oyun gedir. Hər bir qurum məsuliyyəti o birisinin üzərinə atmaq istəyir, amma əslində əvvəlcədən razılalşdırılmış oyundur.
Beləcə, Azərbaycan təbiətinə dağ çəkilir.
Əgər yazdıqlarımıza cənab Muxtar Babayevin şübhəsi varsa, buyursun, bizimlə birgə gedək, Yasamaldakı “Qızıl Şərq” şəhərciyindəki 32 ağacın kəsilməsini ona göstərək, hətta cənab nazir həmin kəsilmiş ağacların videosuna da baxa bilər. Onu da qeyd edək ki, həmin ağacların kəsilməsinə görə, məsuliyyəti “Etibar-K” şirkəti daşıyır.
Görəsən, bütün bunları cənab nazir Muxtar Babayev görmür, yoxsa görmək istəmir..?
Bəs bu boyda ekoloji cinayətlərə, Baş prokurorluq niyə susur..?
Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq.
gundelik bvaki.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.