Beyləqanda icra başçısı İlham Əliyevin portiretlərini sökdürür… – ANTİPATİYA

8-06-2022, 08:05           
Beyləqanda icra başçısı İlham Əliyevin portiretlərini sökdürür… – ANTİPATİYA
O gün olmasın ki, Beyləqan rayonunda maraqlı hadisələr, illuziyalar baş verməsin.
Bu dəfə də icra başçısı Asif Ağayev Beyləqanda maraqlı hərəkətləri ilə “rekord qırıb”…
Belə ki, icra başçısı Asif Ağayev dünəndən başlayaraq Prezidentin və Ulu Öndər Heydər Əliyevin Beyləqan rayonunun inzibati ərazisində, yol kənarlarında və inzibati binalarda, hətta belə aptek və ofislərin içərisində fotosunu əks etdirən plakatları sökdürməyə başlayıb. İcra başçısının bu hərəkətləri isə rayon ictimaiyyəti arasında bir mənalı qarşılanmayıb və etirazlara səbəb olub.
Sakinlər icra başçısının bu sayaq hərəkətini Prezident İlham Əliyevə, Ulu Öndərə qarşı bir təxribad-antipatiya olaraq qeyd edirlər.
İcra başçısının “qoçuları” isə buna etiraz edən insanlara zor tətbiq edib, polislə hədələyirlər. Onlara verilən haqqlı suallar isə cavabsız qalır. Sadəcə onu qeyd edirlər ki, “icra başçısının göstərişidir, vəssalam”.
Görünür icra başçısının ya başı üstündə deyil, ya da ki ağılını itirib. Ölkə Prezidentinin şəkilini rayonun inzibati ərazisindən, ofislərdən sökdürmək qədər qabağa getmək artıq harınlığın əlamətidir. Adam nə qədər ağılsız olmalıdır ki, ölkənin rəhbərinə qarşı bu qədər hörmətsizlik edib, ona meydan oxuyasan. Bunu yalnız o adamlar edir ki, onun ağılı işləmir, başı üstündə deyil. Bunun başqa adı da yoxdur. Hər halda Asif Ağayevin çibanı yetişib, basmağın zamanıdır.
Hər halda icra hakimiyyəti çıxıb bu məqamlara əsaslı və ağılabatan arqumentlərlə cavab verməlidir ki, rayon sakinləri də icra başçısının bu hərəkətlərini Əliyevlərə qarşı nifrət, düşmənçilik mövqeyi (antipatiyasından) kimi başa düşməsinlər. Əks təqdirdə insanların ağzını yummaq mümkün olmayacaq.
P.S. Marqlıdır ki, ölkə başçısının portiretinin sökülməsini icra başçısına kim göstəriş verib və bu nə məqsəd daşıyır?…
RealMedia.az
RAMİN MƏHƏMMƏDOĞLU













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.