Elnur Süleymanov dövlətin malını dədəsinin malı bilir... - BU DA FAKT!!!

8-06-2022, 08:38           
Elnur Süleymanov dövlətin malını dədəsinin malı bilir... -
Kompleks Qazma İşləri Trestinin rəisi Elnur Süleymanovla bağlı redaksiyamız olduqca ilginc informasiya daxil olub. Belə ki, DİA.AZ-a göndərilən məlumatdan anlaşılana görə, KQİT-in rəisi Elnur Süleymanov dövlətin malı ilə dədəsinin malını dəyişik salıb. Bir daha vurquğlayırıq ki, hər halda, anlaşılanı budur...




DİA.AZ-a daxil olan məlumatda deyilir ki, Elnur Süleymanov Lökbatan ərazisində 12 ədəd üzən qazma qurğularını doğratdırıb metallom kimi satdırır...

Qeyd edək ki, Elnur Süleymanovun zavalına gələn həmin qurğuların birinin çəkisi 10000 tondur. Artıq həmin qurğulardan yalnız biri doğranmamış qalaraq öz növbəsini gözləməkdədir...

Bununla da Elnur Süleymanovun dövlətə nə qədər zərər vurduğunu müəyyən etmək o qədər də çətin deyil.

KQİT-nin təchizat üzrə rəis müavini Faiq Hüseynovdur... Yəni işi əgər müvafiq dövlət qurumları təftiş etmək fikrinə düşrəsə, hardan başlamalı olduqlarını da bilmiş olacaqlar...

İddia olunanlarla bağlı Teref.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru