Sabirabad RİH-in başçısı Siraqəddin Cabbarovun kreslosu təhlükədə- Qazi ölümünə görə HƏBS EDİLƏ BİLƏR…

21-07-2022, 08:14           
Sabirabad RİH-in başçısı Siraqəddin Cabbarovun kreslosu təhlükədə-
Gundelik-baku.com olaraq 2008-ci ildən 2019-cu ilə qədər Saatlı Rayon İcra Hakimiyyətinin başçısı, 2019-cu ildən isə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan Siraqəddin Cabbarovun qanunsuz əməlləri barəsində illərdir ki yazırıq.
İcra başçısı Siraqəddin Cabbarovun vəzifəyə məhz Ramiz Mehdiyevin xeyir-duası ilə gəldiyi də yazılıb.Demək olar ki,Siraqəddin Cabbarov ən çox tənqid edilən və əhalinin ən çox narazı olduğu icra başçısıdır.Maraqlısı odur ki,qalaq-qalaq şikayətlərin olmasına baxmayaraq Siraqəddin Cabbarov icra başçısı postunu necə qoruyub saxlaya bilib ?
Son günlər ölkə mətbuatının gündəmini zəbt edən və insanları məyus edən qazi intiharında da məhz elə Sabirabad RİH-in başçısı Siraqəddin Cabbarovun birbaşa adı çəkilir və içtimaiyyət başçının qazinin intihar həddinə çatdırdığını və Siraqəddin Cabbarovun cinayətkar və təqsirkar olduğunu söyləyir.İntihar edən qazinin son çıxışlarına baxarkən bunu açıq aydın görmək olar.
Ümid edirik ki,aidiyyatı qurumlar tezliklə hərəkətə keçərlər və Sabirabad RİH-in başçısı Siraqəddin Cabbarov barəsində düzgün hüquqi qiymət veriləcəkdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.