QAZİNİ DÖYƏN ŞƏXSLƏR İSTİNTAQDAN NECƏ “YAYINIB”? - Ceyhun Məhərrəmova hücum edələrdən yalnız bir nəfər məhkəməyə çıxarılır…

21-07-2022, 17:00           
QAZİNİ DÖYƏN ŞƏXSLƏR İSTİNTAQDAN NECƏ “YAYINIB”? -
Qazi Ceyhun Məhərrəmovu döyməkdə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilən Faiq Abdullayev bu gün Xətai rayon məhkəməsində hakim qarşısına çıxarılacaq.

Xatırladaq ki, Qarabağ qazisi Ceyhun Məhərrəmov mayın 3-də axşam saatlarında yaşadığı evin girişində bir qrup şəxsin hücumuna məruz qalıb.

Belə ki, paytaxtın Xətai rayon ərazisində bir qrup şəxs Zaur Abdullayevin başçılığı ilə xuliqanlıq niyyəti ilə Qarabağ veteranı Ceyhun Məhərrəmovu döyüblər. Onlar ilk öncə həyətdəki təhlükəsizlik kameralarını sıradan çıxarıblar. Sonra isə Ceyhun Məhərrəmovun evə gəlməsini gözləyərək çirkin niyyətlərini həyata keçiriblər.

Qeyd edək ki Ceyhun Məhərrəmovu döymələrinin əsas səbəblərdən biri Şaurma N1 şəriki Aqil Babayev cinayət işi üzrə şahid qismində verdiyi ifadədir. Belə ki, “Şaurma N1” restoranın VÖEN-i və patent hüququ Ceyhun Məhərrəmovun adına olub. O, istintaq zamanı əsl həqiqətləri bildirərək şəriklərin Natiq Sadıqov və Aqil Babayev olmasını təstiqləmişdir. Bundan sonra bu cinayyət işində saxtda zərərə çəkmişlər birləşərək Ceyhun Məhərrəmovun ifadəsini qeri götürməsini ilk öncə pul qarşılığında istəsələrdə razılaşmadığı üçün onu döyərək təhqir ediblər. Bu hadisə ilə bağlı DİN 102 qaynar xəttinə məlumat verilib.

Qeyd edək ki, kamera görüntülərindən də aydın olduğu kimi, qazi Ceyhun Məhərrəmova hücum edən şəxslər bir deyil, bir neçə nəfər olub. Onların hər biri qazini yerə yıxaraq təpikləyiblər. Maraqlıdır ki, qazini döyən şəxslərin bir çoxu istiintaqdan yayınsa da, yalnız Faiq Abdullayev barəsində hüquqi araşdırma aparılıb. Bu isə onu deməyə əsas verir ki, Ceyhun Məhərrəmovu döyən digər şəxslər hansısa yollarla istintaqla “anlaşmağı” bacarıblar.

Hurriyyet.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.