Azəriqaz 3 ildir ki, məhkəmə qərarına məhəl qoymur ŞİKAYƏT

26-07-2022, 08:03           
Azəriqaz 3 ildir ki, məhkəmə qərarına məhəl qoymur    ŞİKAYƏT
Azərbaycan Respublikasının Prezidenti
Möhtərəm İlham Əliyev Cənablarına
Surəti : Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti
Hörmətli Mehriban Xanım Əliyevaya
Surəti : Azərbaycan Respublikasının Ədliyyə Naziri
cənab Fikrət Məmmədova
Surəti : Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Prezidenti cənab Rövşən Nəcəfə Surəti :
Surəti : Xətai rayon icra və probasiya şöbəsinin
rəisi cənab Vüqar Qasımova
Surəti : Azəriqaz İB-nin baş direktoru cənab Ruslan Əliyevə

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Cənabları tərəfindən yeridilən uğurlu siyasətin nəticəsidir ki, Ölkədə sahibkarlığın inkişafına geniş imkanlar yaradılmışdır. Möhtərəm Prezidentimizin sahibkarlara olan diqqət, qayğısından mən də yararlanaraq kiçik sahibkarlıqla məşğul oluram.
Əfsuslar olsun ki, bəzi məmurlar sahibkarlara süni maneələr yaratmaq kimi köhnə vərdişlərindən ya əl çəkə bilmir, ya da çəkmək istəmirlər.
İcarədarı olduğum Sumqayıt şəhərində yerləşən “Zəngəzur” kafesinə “Azəriqaz” İB-nin nümayəndələri tərəfindən yazılmış-3500 AZN dəyərində olan cərimə aktı Sumqayıt şəhər Məhkəməsinin Qərarı ilə silinmişdir. Sumqayıt Appelyasiya Məhkəməsi də Qərarın qüvvədə saxlanmasına dair 2(085)-319/2019 saylı Qətnamə qət etmişdir. 3 ildən çox vaxt keçməsinə baxmayaraq, Azəriqaz İB Məhkəmə Qərarını icra etmir.
Xətai Rayon İcra və Probasiya şöbəsi də öz işinə biganə yanaşır.
Dəfələrlə etdiyim müraciətlərə baxmayaraq borc hesabımdan silinmir.
Azərbaycan Respublikası Adından çıxarılan Məhkəmə Qərarı“Azəriqaz” İB tərəfindən 3 ildir ki icra edilmir.
Görünür bəzi məmurlar qəflət yuxusundadırlar. Hələ də Ali Baş Komandanın çıxışlarından xəbərsizdirlər.
Sizdən xahiş edirəm Sumqayıt Appelyasiya Məhkəməsinin 2(085)-319/2019 saylı Qətnaməsini icra etməyən “Azəriqaz” İB-nin tərəfindən icra edilməsi, bu işdə bütün məsul şəxslər barəsində inzibati tədbir görülməsi üçün aidiyyatı üzrə göstəriş verərək məndən Öz köməyinizi əsirgəməyəsiniz.
Öncədən Sizə minnətdarlığımı bildirirəm.

İmza: Əliyev Orxan Rafiq oğlu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.