Nazirlər Kabinetinin şöbə müdiri Dövlət Komitəsinin bazasını sildirib? - Təfərrüat

6-08-2022, 08:07           
Nazirlər Kabinetinin şöbə müdiri Dövlət Komitəsinin bazasını sildirib? -
Nazirlər Kabinetinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Zakir İlqar oğlu Paşayev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Tikintiyə icazə verilməsi ilə bağlı informativ və statistik xarakterli məlumat bazasını sildirib.

Teref.az xəbər verir ki, bu barədə Azfakt.com saytı məlumat yayıb.

Nazirlər Kabinetinin şöbə müdirinin bu addımı atmasına səbəb onun Bilgəh qəsəbəsində inşa etdirdiyi obyekt barədə məlumatın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Tikintiyə icazə verilməsi ilə bağlı informativ və statistik xarakterli məlumat bazasına yerləşdirilməsi olub.

Qeyd edək ki, Arxitektura Komitəsinin bazasında olan məlumatda Zakir Paşayevin Bilgəhdə 0.12 sot ərazidə 720 kvadrat metrlik 2 mərtəbəli ictimai iaşə obyekti inşa etdirdiyi bildirilirdi.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məlumat bazasının silinməsinə münasibət bildirməyib.

https://www.arxkom.gov.az/storage/codes/Tikintiye-3542_1628758686.pdf













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru