Elçin Quliyev `Çin Səddi`nə xərclədiyi milyonları necə əldə edib? - FOTOFAKT

15-08-2022, 17:14           
Elçin Quliyev `Çin Səddi`nə xərclədiyi milyonları necə əldə edib? - FOTOFAKT
Aşağıda təqdim olunan hündür hasarlı obyekt Abşeron Rayon Mehdiabad Qəsəbəsinin Siyanşor ərazisində yerləşir.
‌Bu yaşıllaşdırılmış və uzunluğu bəlli olmayan hasarlanmış bağlı-bağçalı malikanə Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevə məxsusdur. Gördüyümüz və şahidi olduğumuz açıq-aşkar talançılığın davam etməsi heç də xalqımız üçün adi görünməməlidir.

‌Çünki, Azərbaycan Xalqı məmurların belə komfortlu obyektlərinə baxmağa öyrəşiblər. İnsanlarımız səfalət içində yaşasalar da, məmurlarımızın hansı quruma rəhbərlik etməsinə baxmayaraq, onlar öz ampluasında komfortlu həyatlarını yaşamaqda davam edirlər.
‌Görünən mənzərə fantastik məbləğə başa gəlsə də, yaşadığımız dövrün reallığı belədir.

Müasir dövrdə hökumətdən haqqını tələb edən insanları 1936-37-ci illərdəki repressiyaya məruz qoymağa və ya Sibirə sürgün etməyə ehtiyac yoxdur. Çünki, hökumətin məmurları bunun "yolunu" tapıblar. Belə ki, onlar insanların haqqını mənimsəyir və özləri üçün bu cür prestijli həyat tərzi yaradırlar. Bu da yaranmış mənzərəyə tamaşa edən xalqa ölümdən də betər ağır gəlir.

Əgər ölkəmizin yeraltı və yerüstü sərvətləri səmərəli şəkildə Azərbaycan vətəndaşlarına sərf olunsa, o halda hər kəs öz hökumətindən razı qalar. Amma dediklərimizin heç biri baş vermir. Ona görə də Qazilərimiz ac-yalavac yaşamaqdan bezərək özlərini öldürməyə üstünlük verirlər.

Əzəmətli "Çin səddi"nə oxşayan ərazinin bir hissəsi də Novxanı dəniz kənarına daxildir. GundemXeber.Az-ın lentə aldığı ərazinin görünüşündən onu deyə bilərik ki, general Elçin Quliyev Dövlət sərhədinin səddini necə bərkidilmiş görürsə, özü üçün tikdirdiyi bağ iqamətgahının səddini də belə bərkidir.

Ona görə də Dövlət büdcəsindən əldə etdiyi pul vəsaitini belə milyonlara başa gələn obyektlərə yatırım edib.
















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.