KFC-də anarxiya
11-05-2016, 23:13
Burda əməkdaşları şərləyib işdən qovurlar KFC restoranlar şəbəkəsinin paytaxtımızdakı şöbələrindən son zamanlar narazılıq artır. Məlumatlı mənbənin Xalqxeber.Az-a bildirdiyinə görə, mərkəzi Moskva şəhərində olan bu restoranların yerli rəhbər kadrları qanunsuz qazanc əldə etmək məqsədilə müxtəlif yollara əl atırlar. Hətta neçə illərdir restoranlarda çalışan əməkdaşları çıxararaq, onların yerlərinə öz adamlarını təyin edirlər. Bu kimi hallar xüsusilə KFC-nin fəvvarələr meydanında yerləşən şöbəsində daha çox yayılıb. Hələlik adının hallanmasını istəməyən əməkdaşın Xalqxeber.Az-a bildirdiyinə görə, bu şöbədə işçilərin bir neçəsini məcbur ediblər ki, öz ərizələri ilə işdən getsinlər. Bunun üçün hər varianta əl atılır. İşçiləri şantaj etməkdən tutmuş, onları şərləməyə qədər hər cür qanunsuz əməllərə əl atan rəhbərlik, xüsusilə bir qədər zəif tərpənən əməkdaşları daha tez və daha asanlıqla qorxuda bilir. Asanlıqla tabe olmayan işçiləri isə, öz hesablarına məzuniyyətə göndərirlər. Mənbənin Xalqxeber.Az-a bildirdiyinə görə, xüsusilə rus millətinə mənsub işçilərin bir qədər çəkincən olmalarından məharətlə istifadə edən direktor onlara hədə-qorxu gələrək, axırda işdən uzaqlaşdırılmalarına nail olur və onların yerlərinə rüşvətlə başqalarını götürür. Narazılıq edən işçiləri əsas ofisə göndərirlər. Burda onları mühafizəçi Vüqar adlı şəxs qarşılayır.Onun əsas missiyası mümkün variantlarla işçini qorxutmaqdan ibarətdir. Yenə də mənbəyə əsasən, həmin Vüqar işdən öz ərizələri ilə ayrılmaq istəməyən əməkdaşlara bildirir ki, hər yerdə onların adamları var və hara şikayət edilsə, xeyri yoxdur. Halhazırda orda çalışan əməkdaşların biri isə bildirdi ki, fəvvarələr meydanı filialında işçiləri əmr olmadan zorla öz hesabına məzuniyyətə göndərirlər və sonradan güya ki, işə gəlmədikləri üçün onları işdən qovurlar. Mənbələrin hamısı bir ağızdan vurğulayır ki, sözü gedən filialda rus millətinə mənsub işçiləri əməlli-başlı təqib edirlər. İş o yerə çatıb ki, təqiblərə məruz qalanlar qorxularından səslərini belə çıxara bilmirlər, hətta onları əxlaqsızlıqda ittiham etsələr belə......
( ardı var )