Eldar Mahmudovun incitdiyi iş adamı özünə qəsd etdi - yarım milyon manatını alıblar

12-05-2016, 14:05           
Eldar Mahmudovun incitdiyi iş adamı özünə qəsd etdi - yarım milyon manatını alıblar
Bakıda iş adamı özünü asdı.

Moderator.az xəbər verir ki, Maştağa qəsəbə sakini iş dünyasında Əlihüseyn Maştağalı kimi tanınan iş adamı mayın 11-nə keçən gecə özünü asıb. Buna səbəb iş adamının külli miqdarda borca düşməsi olub.

Moderator.az-ın əldə etdiyi məlumata görə, 1995-ci ildən iş dünyasında olan 46 yaşlı Əlihüseyn əvvəllər “kolbasa işi” ilə məşğul olub. Daha sonra siqaret və spirtli içki alverinə girişib. Əlihüseyn əsasən xarici ölkələrdən ölkəyə spirtli içkilər və siqaret gətirməklə məşğul olub və iş adamları arasında da xeyli hörmətə sahib olan şəxs imiş. O, ölkədə fəaliyyət göstərən digər iş adamları üçün də siqaret və spirtli içkilər gətirməklə məşğul olub.

Ancaq MTN-nin sabiq şefi Eldar Mahmudovun ölkədəki digər iş adamları kimi incitməsi bu şəxsdən də yan keçməyib. Deyilənə görə, ilyarım bundan öncə E. Mahmudovun adamları Əlihüseynin nə az, nə çox düz yarım milyon manatını alıblar. Əldə edilən məlumat bundan ibarətdir. Deyilənə görə bundan əlavə olaraq bir neçə dəfə ondan külli miqdarda pul alınıb. İş bununla bitməyib, E. Mahmudovun adamları onun biznes fəaliyyətinə mane olmağa başlayıblar.

Yuxarıda qeyd etdiyimiz kimi Ə. Maştağalı ölkəyə təkcə özü üçün deyil, digər iş adamları üçün lazım olan spirtli içki və siqaret gətirib. İş adamları ona külli miqdarda pul veriblər ki, onlarla mal gətirsin, ancaq onun fəaliyyətinə maneçilik törədildiyindən iş adamlarına vaxtında mal gətirə bilməyib. Əlində olan pulu isə məcburiyyətdən başqa işlərə xərcləyib. Bundan sonra Əlihüseyn başlayır müflisləşməyə və borca düşməyə.
Bir məqmaı da qeyd edək ki, onun banklara da külli miqdarda kredit borcu olduğu bildirilir.
İş adamının bakrota düşməsinə digər səbələr isə ölkədəki manatın devalvasiyası və spirtli içkilər və tütün məmulatlarının satışı ilə bağlı yeni qaydaların tətbiqi olub. Bundan sonra iş adamı daha pis borclanmaya gedib. O nə borcluların pulunu qaytara bilib, nə dəki, borcu olan şəxslərdən pul ala bilib. Neəc deyərlər başlayıb “Əlinin papağını Vəlinin başına qoymağa, Vəlininkini də Əlinin” prinsipinaə üstünlük verməyə. Ancaq bu da işə yarımayıb. Çünki borclular borcunu istəyib və bu da verə bilməyib.
Vəziyyətdən çıxış yolu kimi özünü asmaqda görüb.
Moderator-az-a o da bəlli olub ki, dünən mərhum iş adamının dəfn mərasimi də qalmaqalı keçib. Belə ki, bütün borclular mərhumun dəfn mərasiminə toplanaraq onların borclarının taleyinin encə olacağını tələb ediblər. Hətta vəziyyət o həddə çatıb ki, borclular mərhumun dəfninə imkan vermirmişlər. Sonda axund və kənd ağsaqqallarının işə qarışmasından sonra mərhum dəfn edilib. Deyblər ki, artıq o ölüb indi ondan nəsə tələb etmək və dəfn eməməyə imkan verməyin mənası yoxdur. Qoy dəfn edilsin problem isə onun yaxınları ilə müzakirə edilsin.
Işadamı ailəli olsa da övladı olmayıb. Bacıları və qardaşı da dünyasını dəyişib. Bacısı oğlanlarından başqa kimsəsi yoxdur.
Həyat yoldaşı da evdar qadın olduğundan onun işlərində xəbərsizdir. Bax acınacaqlı durum bundan ibarətdir.
İndi mərhuma borcu olanlar da deyir ki, onun bizə borcu var idi. İndi belə bir ciddi durum yaranıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.