Ağcabədi xəstəxanaları baş həkim Novruz Abbasovun gəlir yerinə çevrilib

13-05-2016, 10:21           

Ağcabədi rayonunda fəaliyyət göstərən xəstəxanalar baş həkim Novruz Abbasovun gəlir yerinə çevrilib. Verilən məlumata görə, baş həkim fəaliyyəti dövründə bütün həkimləri özünün pul gətirəni, digər tibb işçilərini isə gəlirlərini artırmaq üçün əlavə vasitə olaraq görür.

Məlumatlarda qeyd olunur ki, Novruz Abbasov ümumilikdə, təmsil etdiyi sahəni gəlir sahəsi kimi görür. Və bu səbəbdən də həkimlər xəstələri qəbul edərkən, onların sağlamlıqları barədə deyil, nə qədər pul verəcəkləri barədə düşünürlər. teref.az dia.az-a istinadın yazır ki, elə bu səbəbdən də Ağcabədi xəstəxanalarında bəzən pul haqqında çox düşünən həkimlər, nəticədə xəstələrə səhv diaqonoz qoyaraq, onların həyatlarıyla oynayıblar.
Baş həkim Novruz Abbasov bütün həkimlərə aylıq haqq qoyub. Bundan başqa, tibb işçilərinin də maaşlarından kəsərək, özünün imkanlarını artırmaqla məşğuldur. Rayondan gələn xəbərlərdə deyilir ki, tibb bacıları bəzən aylarla əmək haqlarını tam məbləğdə ala bilmirlər. Müxtəlif bəhanələrlə onların maaşlarının bir qismini götürən Novruz Abbasov, bununla onların haqlarını tapdayır.
Məlumatlarda deyilir ki, Ağcabədidə dərman biznes idə baş həkimin əlindədir. Dövlət büdcəsindən ayrılan vəsait hesabına hər il alınmalı olan dərmanların böyük qismi rayonun apteklərində peyda olur. Xəstəxanaya baş vuran xəstələrə isə özləriylə sarğıdan tutmuş, yoda qədər almalarını istəyirlər. Yəni, bu vasitələrin heç biri Ağcabədi xəstəxanalarında yoxdur.
Məlumata görə, Novruz Abbasovun əsas gəlir yerli kəndlərdə fəaliyyət göstərən tibb məntəqələridir. Belə ki, baş həkim tibb məntəqələrinə ayrılmış pulları asanlıqla mənimsəyir. Daha doğrusu, ayrılmış pulları Tibb Məntəqələrin rəhbərləriylə anlaşaraq, özünə götürür. Yalnız cüzi miqdarını onlara verməklə kifayətlənir.
Ağcabədidə xəstəxanaların təmiri üçün ayrılmış pulların da baş həkim tərəfindən mənimsənildiyi vurğulanır. Məlumatlara görə, Novruz Abbasov Tibb Məntəqələri də daxil olmaqla, bəzi xəstəxana və poliklinikaların təmiri adı altında ayrılmış pulların hamısını özünə götürərək, bu işlərin hamısını həkimlərə yükləyir.

Qarşı tərəfi də dinləməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.