Cavid Qurbanov və Saleh Məmmədov «Nəqliyyat, Tranzit və Logistika» sərgisinə niyə qatılmadı?

13-05-2016, 12:09           
Cavid Qurbanov və Saleh Məmmədov «Nəqliyyat, Tranzit və Logistika» sərgisinə niyə qatılmadı?
Ziya Məmmədov yenə önə çıxdı

Bakıda 15-ci Yubiley Xəzər Beynəlxalq “Nəqliyyat, Tranzit və Logistika” sərgisi işə başlayır. Nəqliyyat Nazirliyi tərəfindən dəstək göstərilən builki sərgidə nəqliyyat sənayesinin naliyyətləri, eləcə də yerli və xarici şirkətlərin ən yaxşı texnologiya və avadanlıqları təqdim olunacaq.

Tədbirlə bağlı redaksiyamıza maraqlı məlumatlar daxil olub. Bildirilir ki, nəqliyyat naziri Ziya Məmmədovun ölkə başçısı Ilham Əliyevlə görüşünün əhəmiyyətli hissəsi bu məsələyə həsr olunub. Görünür, Ziya Məmmədov sərginin keçirilməsi üçün ölkə başçısının razılığını alıb. Bildirilir ki, nəqliyyat sahəsinə aid bütün qurumlara həmin tədbirdə iştirak etmək tapşırılıb. Lakin maraqlıdır ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Azal”ın prezidenti Cahangir Əsgərov və “Azəryolservis” ASC-nin sədri Saleh Məmmədov tədbirdə görünməyib. Bildirilir ki, onların tədbirə qatılmaması Ziya Məmmədovla bağlıdır.


Tədbirin açılışını nəqliyyat naziri edib. Bu isə adıçəkilən şəxslərə xoş gəlməyib. Ziya Məmmədovun önə çıxması hakimiyyət daxilində də ciddi müzakirələrə səbəb olub. Bir maraqlı məqamı da qeyd edək ki, hakimiyyətin nəzarətində olan media orqanlarının əhəmiyyətli hissəsi tədbirlə bağlı heç bir məlumat verməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru